Accessibility links

Kreml sözçüsünün qızının Avropa Parlamentindəki fəaliyyəti narazılıqla qarşılanır


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova son həftələr Avropa Parlamentində Fransadan olan millət vəkilinin yanında təcrübəçidir. Bu vəzifə ona Avropa Parlamentinin bütün binalarına, avropalı millət vəkillərinin daxili və kompüter şəbəkəsinə və məlumatlar bazasına çıxış imkanı verir.

21 yaşlı Yelizaveta Peskova Avropa deputatı Emerik Şopradın ofisində rəsmi olaraq təcrübəçilik edir. Onun adı həmçinin Avropa Parlamentinin saytındakı siyahıda var.

Əlbəttə, xanım Peskova Rusiya Federasiyasında vacib şəxsin qızıdır. Lakin tələbə kimi o burada təhsillərinin bir hissəsi olaraq təcrübə keçən digər tələbələrdən az hüquqa malik deyil.
Emerik Şoprad

Emerik Şoprad Azadlıq Radiosuna müsahibəsində ofisində nüfuzlu Rusiya məmurunun qızının işləməsini təsdiqləyib və bunun onun Avropa parlamentindəki ikinci təcrübəsi olduğunu bildirib.

"Əlbəttə, xanım Peskova Rusiya Federasiyasında vacib şəxsin qızıdır. Lakin tələbə kimi o burada təhsillərinin bir hissəsi olaraq təcrübə keçən digər tələbələrdən az hüquqa malik deyil. Peskova öz ölkəsində nə şəxsi, nə də ictimai olaraq heç bir fəaliyyət göstərmir. Bu səbəbdən burada maraqların toqquşması imkansızdır", millət vəkili Azadlıq Radiosuna müsahibəsi zamanı deyib.

Emerik Şoprad
Emerik Şoprad

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin üzvü olan Şoprad Avropa Birliyi-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin nümayəndəsidir. O, rusiyatərəf mövqeyini heç vaxt gizlətməyib. 2014-cü ildə Krımın ilhaqı zamanı Şoprad Moskva tərəfindən təşkil edilən "referendumda" beynəlxalq müşahidəçilərdən biri olub. Referendum nəticəsində yarımadanın sakinləri Rusiyaya qoşulmaq istəyini qəbul ediblər. Sonra o, Avropa İttifaqının ümumi mövqeyinə zidd olsa da, referendumun "əsaslandırılmış" olduğunu tanıyıb.

Yelizaveta Peskova Dmitri Peskovun sovet diplomatlarının qızı və nəvəsi olan Yekaterina Solotsinskaya ilə evlilikdən olan böyük qızıdır. Peskov və Solotsinskaya 1994-cü ildə ailə qurub, 2012-ci ildə isə boşanıblar. Solotsinskaya bir Parisdəki Rusiya elm və mədəniyyət mərkəzinin rəhbəri olub.

Liza Peskova kimdir

Aleksey Navalnının korrupsiya ilə mübarizə fondunun araşdırmasına əsasən, Liza Parisdə anasının köməyi ilə 1,300,000 avro dəyərində mənzilə sahibdir. Mənzilin 73% anası Solotsinskaya tərəfindən ödənilib, digər hissəsi isə VTB bankının Fransadakı şöbəsindən ipoteka götürülüb.

Peskova 2016-cı ildə Fransadakı həyatı və təhsili barədə danışarkən fransız tələbələri imtahana telefon və ya hazır cavablar keçirməyə çalışmış deyib. Peskova həmçinin Rusiya təhsil sistemini "cəhənnəm" adlandırmaqla məşhurlaşıb və Rusiyada istifadəçilər arasında qınanıb.

Bu sözlərdən sonra Dövlət Dumasında səlahiyyətlilərin uşaqlarını xaricdə təhsil almalarını qadağan edən qanun layihəsi qəbul edilib.

Sosial şəbəkələrin aktiv istifadəçisi olan Lizanın instagramda 80 minə yaxın davamçısı var. O, şəxsi hesabında Moskva, Brüssel və Parisdəki qlamur həyatı ilə öyünür. Onun sosial şəbəkələrində Avropa Parlamentində təcrübəçiliyi barədə heç bir məlumat olmasa da, Brüsseldən videolar var.

Peskova nə qədər maaş alır

Avropa Parlamentində təcrübə keçənlər millət vəkilinin büdcəsindən, bir sözlə Avropa vergiödəyiciləri tərəfindən maliyyələşdirilirlər. Avropa Parlamenti deputatının aylıq əmək haqqı təxminən 25 min avrodur, adətən bir təcrübəçinin maksimum əmək haqqı 1,600 avrodan artıq olmur, bəzən isə təcrübəçilər ödənişsiz də işə götürülə bilər.

Şopradın həmkarları Peskovanın varlığından narazıdırlar

Azadlıq Radiosu və Nastoyaşeye vremyanın jurnalistlərinin danışdıqları deputatların əksəriyyəti nüfuzlu rus rəsmisi ilə sıx bağlı olan birinin Avropa Parlamentində sərbəst şəkildə işlədiyini bilmirdilər.

Ən böyük parlament qrupu olan mərkəzi sağ Avropa Xalq Partiyasından avropalı millət vəkili Sandra Kalniete Rusiya prezidentinin mətbuat katibinin qızının təcrübəçilik etməsini Avropa Parlamentinin müvafiq orqanları tərəfindən "laqeydlik" kimi qəbul edib.

"Bu, Avropa Parlamentinin ümumi təhlükəsizlik qaydalarının pozulmasıdır," Kalniete AzadlıqRadiosuna bildirib.

O, artıq rəhbərliyə müraciət yazıb və vəziyyəti "qəbuledilməz" və bunun "Avropa Parlamentinə bir qurum kimi təhqir" adlandırıb.

Liberallar və demokratların alyansından olan Petras Austreviçus Yelizaveta Peskovanın Avropa Parlamentindəki varlığını Avropa Parlamenti üçün utancverici hal sayıb. O, bu təcrübəçiliyi Kremlin Avropa Parlamentindəki ifrat sağçı qruplar ilə maddi əlaqə ilə izah edir.

"Kremlin Avropa Birliyinin qurumlarının qəlbində və ciblərində əlinin olduğuna inana bilmirəm. Mən bu davranışdan həqiqətən şokdayam, bu, AB-ni tənqid etdiyi Kremlin öz uşaqlarını Avropa Parlamentinin siyasi qruplarına təsir göstərən bir agent kimi göndərdiyini göstərir," Petras Austreviçus əlavə edib.

XS
SM
MD
LG