Accessibility links

Peyk fotoları Rusiyanın hələ də Ukrayna yaxınlığında qüvvələrini cəmləşdirdiyini göstərir


Bir ABŞ şirkəti tərəfindən çəkilən peyk fotoları göstərir ki, Rusiya son həftələrdə Birləşmiş Ştatlara müəyyən zəmanətlərlə bağlı danışıqlar aparmaq üçün təzyiq göstəridiyi bir vaxt, ilhaq etdiyi Krım ərazisində və Ukrayna yaxınlığında öz hərbi qüvvələrini cəmləşdirməyə davam edib.

Reuters agentliyi Maxar Technologies şirkətinə məxsus fotoların doğruluğunu müstəqil olaraq yoxlaya bilmədiyini xəbər verir.

Kreml cümə günü bir daha bəyan edib ki, o, öz qüvvələrini Rusiya ərazisində istədiyi kimi hərəkət etdirmək hüququna malikdir və Qərb dövlətləri onun sərhədləri yaxınlığında təxribat xarakterli hərbi manevrlər həyata keçirir.

ABŞ, Avropa və Ukrayna liderləri Rusiyanı bundan əvvəl aprel ayında sərhəddə qoşun cəmləşdirməyi qısa müddətə dayandırdıqdan sonra, oktyabr ayında yenidən qoşun toplamağa davam etməkdə ittiham edir.

ABŞ prezidenti Co Bayden və dünya liderlər Moskvanın gələn ay Ukraynaya hücum həyata keçirməyə hazırlaşdığını güman edir. Moskva isə bunu dəfələrlə təkzib edib.

Dekabırın 23-ü axşam saatlarında yayılan görüntülərdə Rusiyanın Krımdakı bazasının dekabrın 13-dən etibarən yüzlərlə zirehli texnika və tankla dolduğu görünür.

Oktyabr ayında Maxar şirkətinin eyni ərazinin peyk görüntülərində bazanın yarısının boş olduğu görünürdü.

Maxar ərazidə Rusiya qarnizonunun BMP seriyalı piyada döyüş maşınları, tanklar, özüyeriyən artilleriya və hava hücumundan müdafiə vasitələrinin daxil olduğu bir neçə yüz zirehli texnikadan ibarət briqada səviyyəli yeni bölmələrin yerləşdirildiyini bildirir.

“Son bir ay ərzində yüksək keyfiyyətli peyk çəkilişlərimiz Rusiyanın Krımda eləcə də ölkənin qərbində, Ukrayna sərhədi boyunca təlim bölgələrində bir sıra yeni qüvvələr topladığını müşahidə edib” deyə Maxar yaydığı açıqlamasında bildirib.

Şirkət Krımda üç bölgədə və Rusiyanın qərbindəki beş şəhərdə aktivliyin artdığını qeyd edib.

Digər tərəfdən Prezident Vladimir Putin cümə axşamı bildirib ki, Rusiya münaqişədən qaçmaq istəyir, lakin Rusiyanın irəli sürdüyü təhlükəsizlik zəmanəti tələblərinə ABŞ və müttəfiqlərindən “dərhal” cavab gəlməlidir. Moskva həmçinin yanvarda Cenevrədə ABŞ rəsmiləri ilə danışıqlara başlayacağını gözlədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da cümə günü Rusiya qoşunlarının Ukrayna yaxınlığında toplanması ilə bağlı sualı cavablandırarkən deyib ki, Moskva öz təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçib.

“Rusiya NATO, ABŞ və müxtəlif Avropa ölkələrinin sərhədlərimiz yaxınlığında birmənalı olmayan manevrləri və son dərəcə qeyri-dost hərəkətləri fonunda qoşunlarını öz ərazisində hərəkət etdirir” deyə Peskov bildirib.

ABŞ Prezidenti Co Bayden Rusiyanı Ukraynanı işğal edəcəyi təqdirdə güclü iqtisadi və digər sanksiyalar tətbiq etməklə hədələyir. Bir ABŞ rəsmisi bildirib ki, yeni cavab tədbirlərinə sərt ixrac nəzarəti də daxil ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG