Accessibility links

Peyk görüntülərində Şimali Koreyada raket göndərmə obyektinin söküldüyü göstərilir [Video]


Peyk görüntülərində Şimali Koreyada raket göndərmə obyektinin söküldüyü göstərilir
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Prezident Donald Tramp Şimali Koreyanın şimal-qərb sahilində yerləşən Sohae Raket Göndərmə Stansiyandakı əsas obyektləri sökməyə başladığını əks etdirən peyk görüntülərini alqışlayıb. Dövlət katibi Mayk Pompeo deyib ki, bu addımlar Şimali Koreya lideri Kim Conq Unun Sinqapurdakı sammit zamanı Trampa verdiyi sözləri tutduğunu göstərir.

Çox bəsit. Onlar tamamilə nüvəsizləşdirilməlidir. Cənab Kim buna söz verib, bütün dünya isə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə bunu tələb edib
Mayk Pompeo

Dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mattisin Kaliforniyada avstraliyalı həmkarları ilə görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri Şimali Koreyanın nüvə təhlükəsi olub. İyun və iyul ayında çəkilən raket göndərmə stansiyasının peyk görüntülərində söküntü işlərinin aparıldığı əks olunur. Pompeo isə bununla bağlı ehtiyatlı şərh verib.

“Biz cənab Kimin söz verdiyi kimi mühərrik sınaq obyekti söküldüyü zaman orada müfəttişlərin olmasını tələb edirik”- deyə, Pompeo bildirib.

Şimali Koreyanın başqa hansı addımlar atmalı olduğuna dair suala Pompeo belə cavab verib:

“Çox bəsit. Onlar tamamilə nüvəsizləşdirilməlidir. Cənab Kim buna söz verib, bütün dünya isə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə bunu tələb edib”.

Konqresdə qanunvericilər bu xəbərə ehtiyatlı nikbinliklə yanaşıb.

Peyk görüntüləri
Peyk görüntüləri

“Bu, Şimali Koreya rejiminin verdiyi sözləri yerinə yetirdiyinə dair ilk işarədir. Onlar Koreya müharibəsi zamanı ölən amerikalıların qalıqlarını göndərsə, bu mənə daha çox ümid verərdi. Təsdiq edilə biləcək tam nüvəziləşdirmə ilə bağlı detallı bir planın olması da daha ümidverici olardı, amma bu da ilk addım olaraq inandırıcıdır”- deyə, demokrat senator Kristofer Kuns bildirib.

İyunda keçirilən sammitdən sonra Tramp demişdi ki, Kim ona raket mühərriklərinin sınaqdan keçirildiyi obyektinin yaxın zamanda dağıdılacağına söz verib. Lakin onların əldə etdiyi razılıqda Şimali Koreyanın nüvə silahları proqramını nə zaman və necə ləğv edəcəyinə və ya mövcud nüvə obyektlərini nə zaman bağlayacağına dair heç bir məlumat yer almayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG