Accessibility links

Bəzi insanlara Pfizer və ya Moderna peyvəndinin üçüncü dozası vurulacaq


ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) immun sistemi zəif olan bəzi insanlara COVID-19-a qarşı Pfizer və ya Moderna peyvəndinin üçüncü dozasının vurulmasına icazə verib.

Agentliyin müvəkkili vəzifəsini icra edən Canet Vudkok cümə axşamı verdiyi açıqlamasında "Ərzaq və Dərman İdarəsi xüsusilə immuniteti zəif olan insanların ağır xəstəliklər riski qarşısında olduğunu bilir" deyib.

"Ərzaq və Dərman İdarəsi peyvəndin tam dozasını alan digər insanlar lazımi şəkildə qorunur və hazırda onlara əlavə dozada COVID-19 peyvəndi lazım deyil" - deyə, Vudkok bildirib.

Mütəxəssislər arasında orqan nəqli və ya xərçəng xəstələri kimi immun sistemi zəif olan bəzi insanlara əlavə dozada COVID-19 peyvəndi təklif edib-etməmək barədə mübahisələr mövcuddur.

Cons Hopkins Universitetinin son araşdırmasının nəticəsi bir çox transplantasiya xəstəsinə iki dozada peyvəndin demək olar ki, heç təsir etmədiyini, lakin üçüncü dozanın antikor qorumasını gücləndirdiyini göstərib.
3 milyondan 9 milyonadək amerikalının immun sistemi ya xəstəlik, ya da qəbul etdikləri dərmanlar səbəbindən zəifləyib.

Bununla əlaqədar Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bütün hamilə qadınlara COVID-19 peyvəndi vurmağı tövsiyə edir. Agentliyin bildirdiyinə görə, azı bir doza peyvənd alan hamilə qadınların uşaq salma riski azdır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri, doktor Roşel Valenski yazılı açıqlamada "sürətlə ötürülən delta variantı ilə üzləşdiyimiz və peyvənd olunmayan hamilə insanlar arasında COVID-19-un ciddi nəticələrini gördüyümüz üçün təcili olaraq peyvəndləri artırmalıyıq" - deyə, bildirib.

Cümə axşamı ABŞ Ali Məhkəməsinin hakimi Emi Koni Barret məktəblərdə koronavirusa qarşı peyvənd tələb edən mandata mane olmaq istəyən Indiana Universitetinin bir qrup tələbinin tələbini rədd edib. Beləliklə universitet peyvənd mandatı ilə irəliləməyə davam edə bilər.

XS
SM
MD
LG