Accessibility links

Qızılcaya qarşı onillər əvvəl peyvənd edilənlər bir də peyvənd edilə bilər


Birləşmiş Ştatlarda on illər bundan əvvəl qızılca xəstəliyinə qarşı peyvənd edilən şəxlərin vaksinasiyanın nə zaman edildiyi və onların həyatına risk səviyyəsindən asılı olaraq peyvəndin yeni dozasına ehtiyacları ola bilıər. Bunu hazırda ölkədə 2000-ci ildə qarşısı tamamilıə alındığı hesab edilən qızılca xəstəliyinin ən böyük epidemiyasına qarşı mübarizə aparan ictimai səhiyyə ekpertləri bildirir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkədə qeyd edilən 695 qızılca halının 10 faizə qədərinin bir və ya iki dəfə peyvənd edilən insanlar olduğunu bildirib.

Məlumatda hətta peyvənd edilən insanlar daxil olmaqla, çox sayda insanın qızılcaya tutula biləcəyi deyilir. Mərkəz yerlərdə, eləcə də səyahət edən insanların peyvənd statusunun yoxlamasını və yeni peyvəndin yeni dozasının nəzərdən keçirilməsini tövsiyə edir.

Qızılca vaksinlərinə qətiyyətlə müqavimət göstərən çox sayda valideynin olduğu ABŞ-da aprelin əvvəllərində qızılcaya yoluxma halları 20 faiz artıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, ötən illə müqayisədə 2019-cu ilin ilk üç ayı ərzində planet boyunca qızılcaya yoluxma halları az qala dörd dəfə artıb.

XS
SM
MD
LG