Accessibility links

Peyvəndlər COVID-19-a yoluxmalarının artması fonunda yeni ölkələrə daşınır


Peyvəndlər COVID-19-a yoluxmalarının artması fonunda yeni ölkələrə daşınır
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Koronavirus pandemiyası bu il xəbərlərin əsas hissəsini təşkil edib. Baxmyaraq ki, səhiyyə rəsmiləri səyahət etməmək barədə xəbərdərlıq edir, bir çox amerikalı Milad bayramını yaxınları ilə qeyd etmək üçün təyyarələrlə səfərə çıxıb. Amerikanın Səsi virusun yayaılması və peyvəndləri yayılıması barədə son yenilikləri çatdırır.

Bu çox qiymətli yük artıq bir neçə ölkəyə çatdırılır.

İçərisində isə ümumdünya pandemiyasını sona çatdırmaq ümidi ilə ilk dozlar daşınır.

Cens Spahn Almaniyanın Səhiyyə Naziri mətbuat konfransında bildirib ki, "Hazırda ilk dozları daşıyan yük maşınları bütün Avropa və Almaniya boyu hərəkətdədir. Bu peyvəndlər pandemiyanı məğlub etmək üçün vacibdir. Bu, həyatımızı geri qaytarmaq üçün açardır".

Lakin Britaniyada üzə çıxan COVID-19 yeni veriyası əvvəlkindən daha çox yoluxucu olsa da təsiri hələ ki, çoxda güclü olmadığı düşünülür. Və indi virusun bu yeni versiyası bir çox ölkələrə yayaılıb, İspaniya da daxil olmaqla.

"Unutmayın ki, ingilislərdə ortaya çıxan bu yeni versiya Madrid Barajas aeroportu ilə ölkəyə gəlib" deyən Madrid Regoinin Səhiyyə rəsmisi Enrique Ruiz Escudero bildirir ki, "Hərdən unutmamaq lazımdır ki, biz son altı ayda hava limanına nəzarətin vacibliyini vurğulayırdıq".

Elə Amerika rəsmilərini də narahat edən hava limanıdır. Milad həftəsində milyonlarla amerikalı gündəlik uçuşlar həyata keçirib. Baxmayaraq ki, səhiyyə rəsmiləri yoluxmalarda yeni dalğanın yaşana biləcəyi barədə xəbərdarlıq edir.


Təyyarə ilə səfərə çıxan Janeen Pierre bildirir ki, "Narahat, olduqca narahatam. Maskalar taxılsın, hamı olduğu yerdə , birlikdə qalsın, görək sonu hara gedir bunun. Düzü bilmlirəm, virusun yeni versiyası ortaya çıxan vaxt bu uçuşun çoxda ağıllı fikir olmadığını düşünürəm".

Virus isə yeni ərazilərdə yayılmağa başlayıb. Ehtiyacları ödəmək üçün resusların səfərbər olması üçün təziq edir. Necə ki, Tailandda rəsmilər dəniz məhsulları bazarında 30 çarpayılıq səhra xəstəxanası qurub. Həkimlər bazar ətrafındakı bölgələrdə təcrid olunmuş şəkildə yaşayan miqrant işçilərə kömək etməyə ümid edir.

İqtisadiyyata gəlincə isə McKinsey konsaltinq şirkətinin qlobal sorğusu göstərir ki, hər 3 icraçı direktordan 2-si ölkələrinin iqtisadiyyatının yaxın altı ayda yaxşılaşacağını düşünür.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG