ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının Məsləhət Şurası Pfizer-in 5-11 yaşlar arasında uşaqlar üçün iki dozalı COVID-19 peyvəndinin təcili tətbiqinə icazə verilməsi üçün çərşənbə axşamı səs verib.
Pfizer və onun Almaniyada yerləşən tərəfdaşı BioNTech bu yaş qrupundakı uşaqlara hazırda 12 və daha yuxarı yaşda olan insanlara edilən dozadan daha aşağı doza ilə peyvəndləmək üçün icazə gözləyir.
Məsləhət Şurası 17-0 lehinə səs verib. Bir nəfər isə peyvəndin faydalarının miokardit, ürəyin iltihabı kimi hər hansı yan təsirlərin potensial risklərindən üstün olduğuna dair səs vermədən imtina edib. Nadir hallar əsasən Pfizer və ya iki dozalı Moderna peyvəndi ilə vaksinasiya edilmiş oğlan və gənc kişilər arasında aşkar edilib.
Pfizer klinik sınaqların onun peyvəndinin 5-11 yaşlarında uşaqlar arasında simptomatik COVID-19-un qarşısının alınmasında təxminən 91 faiz təsirli olduğunu göstərdiyini deyib.
Ərzaq və Dərman Administrasiyasının bu həftə panelin tövsiyəsini qəbul edəcəyi gözlənilir. Bu məsələ gələn həftə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Məsləhət Şurası tərəfindən müzakirə ediləcək və peyvəndin tövsiyə edilib-edilməməsinə, necə tətbiq olunmasına qərar verəcək.
Hər iki agentlik yekun təsdiqini verdiyi təqdirdə 28 milyon azyaşlı amerikalı Pfizer peyvəndi ala biləcək. Ağ Ev peyvəndlərin tez bir zamanda yayılması üçün pediatrlar, apteklər və digər səhiyyə təminatçılatdan ibarət şəbəkələrin yaradıldığını bildirib.
Moderna da bu həftənin əvvəlində onun COVID-19 peyvəndinin aşağı dozasının klinik sınaqlarda 6-11 yaş arası uşaqlar üçün təhlükəsiz olduğunu bildirib. Şirkətin bildirdiyinə görə, təxminən 28 gün ara ilə 4700-dən çox uşağa iki dozalı peyvənd vurulub və hər doza böyüklərə vurulan dozanın təxminən yarısını təşkil edib. İlkin nəticələr uşaqlarda anti-cisim səviyyəsinin peyvəndin tam dozası vurulan gənclərlə eyni səviyyədə olduğu göstərib.
Moderna peyvənd vurulan uşaqlarda yorğunluq, baş ağrısı, qızdırma və iynənin yerinin ağrması kimi yan təsirlər əvəzinə, yüngül narahatlıq hiss olunduğunu deyib. Əsasən Moderna və ya Pfizer peyvəndi vurulan oğlan uşaqları və gənclər arasında aşkar edilən ürək iltihabı, miokardit kimi nadir yan təsirlərini sınaq aparılan uşaqların sayı az olduğu üçün aşkar etmək mümkün olmayıb.