Accessibility links

Pfizer, BioNTech 5-11 yaşında uşaqlar üçün vaksindən təcili istifadənin təsdiqlənməsini istəyir


COVID-19 vaksin istehsalçıları Pfizer və BioNTech SE çərşənbə axşamı bildirib ki, ABŞ hökumətinə peyvəndlərdən beş və on bir yaş arasında uşaqların fövqəladə istifadəsi üçün rəsmi müraciət edib.

Şirkətlər vaksinilə bağlı ilkin sınaq məlumatlarını ötən həftə ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına (FDA) təqdim edəndən sonra bu açıqlamanı verib.

Şirkətlər bildirib ki, 2268 nəfərin iştirak etdiyi sınağın nəticələri vaksinin bu yaş qrupu üçün təhlükəsiz və effektiv olduğunu göstərir.

FDA bundan öncə vaksinin 12 ilə 15 yaş arasında yeniyetmələr üçün fövqəladə istifadəsi, 16 yaşdan yuxarı insanlar üçün isə tam istifadəsi təqsdiq olunub.

FDA-in vaksindən istifadəni təsdiqləməsi bu payız, məktəblər açıldığı bir vaxt yoluxma hallarında mümkün artımların qarşısını ala bilər.

Amerika Pediatriya Akademiyasının məlumatına görə, uşaqlarda koronavirusa yoluxma halları bu ayın əvvəlində ən yüksək həddə çatıb.

Uşaqlarda COVID-19-un ağır formalarına yoluxma riski daha aşağıdır, amma səhiyyə ekspertləri deyir ki, onlar koronavirusu başqalarına yoluxdura bilər.

XS
SM
MD
LG