Accessibility links

Pfizer/BioNTech Afrika üçün COVID-19 peyvəndinin istehsalı barədə razılıq əldə edib


Pfizer və BioNTech şirkətləri çərşənbə günü Afrikaya COVID-19 vaksini tədarükü üçün Cənubi Afrikadakı bir biotexnaloji şitkərlə razılaşma əldə etdiklərini bildirib.

Keyptaundakı Biovac İnstitutu 2022-ci ildən başlayaraq hər il 100 milyon doza peyvənd istehsal edəcək. Şirkət Avropadan aldığı peyvənd maddələrini qarışdıraraq, flakonlara yerləşdirəcək və Afrikadakı 54 ölkəyə paylanması üçün qablaşdıracaq.

Razılaşma qitədəki peyvənd çatışmazlığını azaltmağa kömək edə bilər. Afrikadakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qitənin 1,3 milyard əhalisinin cəmi 2 fazidən az bir hissəsinin vaksinlərin ən azı bir doza aldığını bildirir.

Pfizer CEO-u Albert Bourla indi şirktin məqsədinin daha çox zəngin ölkələrə vaksin satmaq kimi əvvəlki müqavilələrdən fərqli olaraq Afrikadakı insanların vaksinlənməsi olduğunu bildirir.

Hazırda Johnson & Johnson peyvəndi Cənubi Afrikada hər il 200 milyondan çox doza istehsal etmək gücünə sahib olan oxşar bir “doldurma və qablaşma” prosesi ilə istehsal olunur.

Bu vaksinlərin artıq Afrika qitəsi boyunca paylandığı bildirilir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG