Accessibility links

Pfizer-BioNTech peyvəndi 12-15 yaş qrupunda effektivlik göstərib


ABŞ-ın Pfizer əczaçılıq şirkəti Almaniyanın BioNTech şirkəti ilə birlikdə hazırladığı COVID-19 peyvəndinin 12 ilə 15 yaş arasında uşaqlar üçün təhlükəsiz və təsirli olduğunu bildirib. Bu inkişaf bu ilin sonunda ABŞ-da bütün məktəblərin yenidən tam açılmasına gətirib çıxara bilər.

Hər iki şirkətin çərşənbə axşamı bildirdiyinə görə, 2200-dən çox uşağın iştirak etdiyi klinik sınaqlar zamanı peyvənd alan qrupdakı uşaqların heç biri ikinci qrupdakı plasebo və ya peyvənd almayan 18 nəfərlə müqayisədə koronavirusa yoluxmayıb.

Peyvənd hazırda 16 yaşdan yuxarı bütün insanların istifadəsi üçün təsdiqlənib. Pfizer şirkətinin İdarə Heyətinin sədri Albert Burla 12 yaşından başlayaraq uşaqlara peyvəndi tətbiq etmək üçün şirkətlərin yaxın həftələrdə ABŞ-dan icazə istəyəcəyini deyib.

Bu arada Almaniya qan laxtalanmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara görə, Oxford-AstraZeneca COVID-19 peyvəndinin 60 və daha yuxarı yaşlarda insanlar üçün istifadəsini məhdudlaşdırıb.

Federal və dövlət səhiyyə orqanları çərşənbə axşamı bu qərarı verərkən 9 ölüm halı daxil olmaqla, təxminən 30 nəfərdə "serebral sinus damar trombozu" kimi tanınan qan laxtalanması hadisəsini qeyd edib. Ölkənin tibb tənzimləyicisi olan Poll Erlix İnstitutunun bildirdiyinə görə, iki nəfərdən başqa, qanda laxtalanma hallarının hamısı 20 ilə 63 yaş arasında qadınlarda aşkar edilib.

Səhiyyə orqanları Oxford-AstraZeneca peyvəndinin COVID-19 nəticəsində ciddi xəstəlik riski olan gənclərə vurula biləcəyini və peyvəndin ilk dozasını alan 60 və daha aşağı yaşdakı insanlara ikinci dozanın tətbiq edilə biləcəyini bildirir. Almaniyada təxminən 2,7 milyon insana peyvənd vurulub.

Almaniya bu qərarı Kanadanın əsasən də gənc qadınlar arasında ciddi qan laxtalanma narahatlığı səbəbindən 55 yaşınadək insanlara Oxford-AstraZeneca peyvəndinin tətbiqini dayandıracağını bildirməsindən bir gün sonra verib.

XS
SM
MD
LG