Accessibility links

Pfizer COVID-19 peyvəndinin 3-cü dozası üçün təsdiq almaq istəyir


Pfizer COVID-19 peyvəndinin üçüncü dozası üçün ABŞ-dan icazə almağa hazırlaşır. Şirkət cümə axşamı bildirib ki, 12 ay ərzində növbəti doza immun sistemini gücləndirə, eləcə də virusun sonuncu variantına qarşı yüksək qoruma təmin edə bilər.

Bir çox ölkədə aparılan araşdırmalar göstərir ki, Pfizer və digər geniş yayılmış COVID-19 peyvəndləri Delta variantına qarşı olduqca güclü müdafiə təmin edir.

Əksər peyvəndlərin iki dozası yalnız Delta deyil, koronavirusun bütün variantlarına qarşı mübarizə aparmaq üçün yüksək səviyyədə anticisimlərin yaranması baxımından vacibdir.

Lakin anticisimlərin zamanla azaldığı bildirirlir. Bu səbəbdən də əlavə dozaların nə zaman lazım ola biləcəyini müəyyən etmək üçün tədqiqatlar davam etdirilir.

Pfizer şirkətindən Dr. Mikael Dolsten cümə axşamı Associated Press agentliyinə bildirib ki, tədqiqatların ilkin məlumatlarına əsasən, üçüncü dozadan sonra anticisimlərin səviyyəsi ikinci doza ilə müqayisədə beş-on qat artırır.

Pfizer avqust ayında üçüncü bir dozanın təcili istifadəsinə icazə almaq üçün ABŞ-ın Ərzaq və Dərman İdarəsinə müraciət edəcəyini bildirir.

Hal-hazırda ABŞ əhalisinin yalnız 48 faizi tam vaksinasiya olunub. ABŞ-ın Delta variantının artdığı bəzi bölgələrində ümumi immunizasiya faizi daha aşağıdır. Delta ABŞ-dakı yoluxmaların 50 faizdən çoxunu təşkil edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG