Accessibility links

FDA Pfizer COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib


ABŞ-n Ərzaq və Dərman İdarəsi (FDA) 65 yaş və yuxarı amerikalılar, habelə xəstəlik riski yüksək olan yetkinlər üçün Pfizer-BioNTech iki dozalı COVID-19 peyvəndinin üçüncü dozasına icazə verib.

Çərşənbə günü verilən qərarla tibb işçiləri, müəllimlər, mağaza işçiləri, evsizlərin sığınacaqlarında və ya həbsxanalarda olanlar, müəyyən peşələrdə olan insanlar üçün gücləndirici doza da təsdiqlənib.

Bu icazə ehtimal ki, hansı qrup amerikalıların Pfizer gücləndiric idozaları ala biləcəyi ilə bağlı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məsləhət komitəsi tərəfindən cümə axşamı günü səsə qoyulacaq.

Çərşənbə günü mərkəzin paneli kimin gücləndirici dozalr almalı olduğunu müzakirə etmək üçün bir araya gəlib.

Bu, Prezident Co Baydenin ikinci dozadan 8 ay sonra gücləndirici dozaların vurulması planlarını ilk dəfə elan etməsindən bir ay sonra verilən mübahisəli bir qərardır.

Ötən həftə FDA heyəti Ağ Evin gücləndiricilərinin təhlükəsizliyi haqqında məlumatlarının və onların dəyərinə dair sübutlarının olmamasını əsas gətirərək əksər amerikalılara gücləndiricilər vermək planını səsvermə ilə rədd etmildi.

Panel 65 və daha yuxarı, habelə ağır xəstəlik riski yüksək olanlar üçün gücləndirici vaksinləri təsdiqləyib.

Alimlər ölkənin əsas qayğısının hələ də heç bir doza almayanlara peyvənd vurulması olduğunu vurğulayır.

"Mən qeyd etmək istəyirəm ki, 2021-ci ilin sentyabr ayında ABŞ-da COVID-19-dan ölümlər əsasən üç peyvənddən hər hansı biri əsas seriyası ilə qarşısı alına bilən peyvənddir" - deyə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məsləhətçisi, Dr. Mattyu Deyli bildirib

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, amerikalıların yalnız 55%-dən çoxu tam vaksinasiyadan keçib.

Ən yoluxucu Delta variantının yayılması davam edərkən ABŞ-da mart ayından bəri virusdan gündəlik ölüm halları ən yüksək həddinə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG