Accessibility links

Pfizer şirkəti peyvəndinin 5-lə 11 yaş arasındakı uşaqlar üçün təhlükəsiz olduğunu bildirir


Pfizer COVID-19 peyvəndinin 5-lə11 yaş arasındakı uşaqlar üçün təhlükəsiz və təsirli olduğunu bildirib.

Şirkətin bildirdiyinə görə, sınaqların nəticələri peyvəndin az dozasının kiçik yaşlardakı uşaqlar üçün etibarlı olduğunu və rahat qəbul edildiyini, eləcə də güclü neytrallaşdırıcı anti-cisim yaratdığını göstərib.

Pfizer peyvəndinin kiçik yaş qrupunun istifadəsi üçün tezliklə icazə almağı planlaşdırdığını deyib.

ABŞ-ın adambaşı ölüm halları yüksək olan Mississippi ştatının qubernatoru Prezident Byadenin bütün federal işçilər üçün vaksin mandatını koronavirusun yayılmasına mane olmaq deyil, “hücum” kimi qiymərləndirib.

Mississippi qubernatoru Tayt Rivs bazar günü CNN agentliyinə verdiyi açıqlamasında "prezidentin peyvənd mandatı zəhmətkeş amerikalılar və çalışqan missisipililərə iynə vurdurmaq və ailələrini doyuzdurmaq arasında seçim etmək kimi bir hücumdur" deyib.

The New York Times-ın məlumatına görə, Mississippi 100 min insana COVID-dən 306 ölüm nisbətinə malikdir.

Bayden 100 və ya daha çox işçisi olan müəssisələrin işçiləri üçün koronavirus peyvəndləri vurulması və ya həftəlik testlər keçirilməsi, eləcə də həftəlik COVID-19 testlərindən keçə bilməyən təxminən 2.5 milyon federal hökumət işçisinin məcburi peyvənd edilməsi tələbini müdafiə edib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yeni araşdırmasının nəticələri COVID-19 testi müsbət olanlardan hər 3 nəfərdən 1-nin iki ay sonra simptomlarının hələ də qaldığını göstərib.

ABŞ Cons Hopkins Koronavirus Resurs Mərkəzi 42 milyondan çox olmaqla, COVID-19-a yoluxma hallarına görə ABŞ-ın dünyanın digər ölkələrdən daha irəlidə olduğunu bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG