Accessibility links

Pfizer peyvəndinin üçüncü dozasının immuniteti gücləndirdiyini deyir


ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) çərşənbə günü nəşr etdiyi hesabatda bildirib ki, COVID-19-a qarşı olan iki dozalı Pfizer peyvəndinin üçüncü dozası insanlarda virusa qarşı immuniteti gücləndirir, amma hazırkı dozalar da ağır xəstəliyə qarşı hələ də kifayət qədər təsirlidir.

Ərzaq və Dərman İdarəsi ikinci dozadan sonra peyvəndinin altı ilə səkkiz ay arasında təsirinin azaldığını deyən Pfizerin üçüncü dozasını nəzərdən keçirir. Pfizer Ərzaq və Dərman İdarəsinə 300-dən çox insana vurulan peyvəndin üçüncü dozasının əvvəlki dozalarla müqayisədə immuniteti 3-5 dəfə artırdığını göstərən bir araşdırma təqdim edib.

Pfizer eləcə də çərşənbə günü İsraildə aparılan bir araşdırmanın New England Journal of Medicine-də dərc edilən nəticələrinə istinad edərək, peyvəndin üçüncü dozası vurulan 60 və yuxarı yaşlardakı insanlar arasında yoluxma nisbətinin 11 dəfə aşağı olduğunu bildirib. Araşdırmada təxminən 1 milyon insan iştirak edib.

Pfizer COVID-19-un yüksək yoluxuculuq dərəcəsinə malik olan Delta variantının dünya boyu xəstəxanalara yerləşdirilmə və ölüm hallarında kəskin artıma səbəb olduğu üçün üçüncü dozanın vurulmasını təklif edib.

Lakin Ərzaq və Dərman İdarəsi son araşdırmaların "hazırda ABŞ-dakı lisenziyalı və ya rəsmi COVID-19 peyvəndlərinin hələ də yoluxmalar və ölümlərə qarşı qoruduğunu göstərir" deyib.

ABŞ-ın dövlət dərman tənzimləyicinin Peyvənd Məsləhət Komitəsi Pfizerin təklifinin təsdiq edib-etməyəcəyini müzakirə etmək üçün cümə günü bir araya gələcək. Komitənin tövsiyəsi məcburi deyil, yəni FDA, komitə əleyhinə tövsiyə etsə belə üçüncü Pfizer dozasını təsdiq edə bilər.

Peyvənd üzrə beynəlxalq mütəxəssislər qrupu yeni halların artması ilə mübarizə aparan ABŞ və digər ölkələrdə artan yoluxmalara qarşı COVID-19 peyvəndlərinin gücləndirici dozalarının tətbiq edilməsinin əleyhinə çıxıb.

Bazar ertəsi The Lancet tibb jurnalında nəşr olunan bir məqalədə deyilib ki, son araşdırmaların nəticələri dünyada istifadə olunan mövcud peyvəndlərin daha yoluxucu delta variantının yayılmasına baxmayaraq, xüsusilə, ağır xəstəliklərə və xəstəxanalara yerləşdirilmələrə qarşı qorumağa davam etdiyini göstərib.

XS
SM
MD
LG