Accessibility links

AXCP prezident seçkisini boykot edib


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyası yeni proqramı və növbədənkənar prezident seçkiləri ilə bağlı qurultay keçirib.

Qurultay Tofiq Yaqubluya azadlıq tələbi ilə başlayıb.

Partiya sədri Əli Kərimli çıxışında partiya rəhbərliyinin seçkidə iştiraka mənfi yanaşdığını bildirib. Onun sözlərinə görə, onlar partiyadaxili müzakirələr apararaq seçkilərdə iştirak etməməyə qərar veriblər.

Qurultay Əli Kərimlinin çıxışından sonra seçkidə iştirak edib-etməməyi səsə qoyub. Qurultay seçkidə iştirakın əleyhinə səs verib, 2 nəfər isə seçkiyə qatılmağı dəstəkləyib.

Müsavat Partiyası da seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək, hazırkı prezident İlham Əliyev daxil olmaql, üç nəfərin namizədliyi irəli sürülüb.

Növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG