Britaniyada keçirilən üç yeni araşdırmanın nəticələri göstərir ki, iki dozalı Pfizer-BioNTech COVID-19 peyvəndinin tək dozası belə yoluxmaları azaldır. Bu hal xüsusilə də əvvəl COVID-19-a yoluxmuş şəxslərdə daha çox müşahidə olunur.
Britaniyanın Kembric Hospital Xəstəxanası tərəfindən aparılan və cümə günü dərc olunan araşdırmanın nəticələri göstərir ki, Pfizer BioNTech peyvəndinin tək bir dozası asimptomatik COVID-19 yoluxmalarının sayını dörd dəfə azaltmağa qadirdir.
Tədqiqatçıların fikirincə, bu, peyvəndin simptomları olmayan insanlardan digərlərinə virusun ötürülmə riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini və başqalarını xəstələnmədən qoruduğunu göstərir.
Kembric Universiteti Xəstəxanasının Yoluxucu Xəstəliklər üzrə mütəxəssisi, baş tədqiqatçı Dr. Mayk Viks bildirir ki, "Bu əla xəbərdir - Pfizer peyvəndi yalnız SARS-CoV-2 xəstəliyinə tutulmaqdan qorunma təmin etmir, həm də virusun başqalarına yoluxma potensialını azaldaraq infeksiyanın qarşısını alır".
Araşdırma hələ ki, digər tədqiqatçılar tərəfindən nəzərdən keçirilməyib. Lakin müəlliflət pandemiya ilə əlaqəli məlumatların təcili olaraq paylaşılmasına ehtiyac olduğu üçün nəticələri indidən dərc etdiklərini deyirlər.
Cümə axşamı Britaniyanın "The Lancet" tibb jurnalında dərc olunan digər iki araşdırmada isə Pfizer-BioNTech peyvəndinin tək bir dozasının COVID-19-a yoluxan insanların virusa yenidən yoluxmamaları üçün yetərli olduğu göstərilir.
Tədqiqatlar London Universitet Kolleci ilə Britaniya İctimai Sağlamlıq idarəsi və London İmperator Kolleci tərəfindən aparılıb.
Pfizer-BioNTech peyvəndi ilə əlaqədar digər bir xəbər isə ABŞ-dan gəlib. Belə ki, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası cümə axşamı xəbər verib ki, peyvəndi iki həftəyə qədər normal soyuducu temperaturunda saxlamaq mümkündür. Daha öncə isə onun ultra soyuducuda saxlanması tələb olunurdu.
Peyvənd istehsalçısı keçən həftə bunun təsdiqlənməsi üçün müraciət edib. Təqiqatlardan sonra peyvəndin adi soyuducda saxlandıqda belə təlükəsiz və təsliri olduğu ortaya çıxıb. Bu qərar peyvəndin daşınması və saxlanması prosesini asanlaşdırmaqla yanaşı xərcləri də azaldacaq.