Accessibility links

Duterte Mindanao adasında fövqəladə vəziyyətin müddətinin uzadılmasını istəyir


Filippinin ən böyük müsəlman üsyançı qrupunun başçısı İslam Dövləti qrupu ilə əlaqəsi olan militantların Maravi şəhərində onlara qarşı keçirilən əməliyyatlardan əvvəl şəhəri tərk etmələri ilə bağlı müraciətlərini rədd etdiyini bildirib.

"Moro İslam Qurtuluş Cəbhəsi"nin başçısı Əl-Hac Murad İbrahim çərşənbə axşamı Associated Press-ə deyib ki, onun bu məsələyə müdaxiləsi prezident Rodriqo Dutertenin siyasətinə zidd ola bilər. "Mən bu məsələyə müdaxilə etməyəcəyimi bildirdim, çünki prezident öz bəyanatında terrorçularla danışıqlar aparmayacağını dedi. Lakin mən qəbilə liderlərindən xahiş etdim ki, heç bir vasitəçilik olmadan silahlıları geri çəkilməyə razı salsınlar" deyə, Əl-Hac Murad İbrahim bildirib.

Rodriqo Dutertenin sözçüsü prezidentin Konqresdən islamçı militantlarla iki aydır qanlı döyüşlərin getdiyi cənub Mindanao adasında fövqəladə vəziyyətin müddətinin uzadılmasını istədiyini deyib.

Beləliklə, münaqişə başlayandan bəri çoxu militant olmaqda, 550-dən çox insan ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG