Accessibility links

Filippində hökumət və müsəlman yaraqlılar arasında sülhə dair razılıq əldə edilib


On illərdir sürən münaqişə nəticəsində 120 mindən çox insan həyatını itirib

Filippin hökuməti ölkənin cənubunda fəaliyyət göstərən ən böyük müsəlman yaraqlı qrupla sülhə dair ilkin razılığın əldə edildiyini bildirib.

Prezident Beqnino Aquiono televiziya vasitəsilə Moro Müsəlman Azadlıq Cəbhəsi ilə razılığa əsasən, ölkənin cənubunda müsəlmanların yarı-mutar “Banqsamoro” regionunun yaradıldığını edildiyini elan edib.

Bu region Moro Müsəlman Azadlıq Cəbhəsinin əcdadlarının vətəni hesab etdiyi təbii ehtiyatlarla zəngin Mindanao bölgəsində yaradılacaq.

Yerli hökumətə veriləcək səlahiyyətlər, təbii ehtiyatlardan əldə edilən gəlirglər və ölkə ərazisi daxilində yeni əraziyə dair detalların əks etdirildiyi rəsmi sənəd oktyabrın 15-də Filippin paytaxtı Manilada imzalanacaq. Razılığın bütün şərtləri yerinə yetirildiyi halda sülhə dair müqavilə cənab Aquinonun altı illik prezidentlik müddətinin bitdiyi 2016-cı ildə imzalanacaq.

Filippin prezidenti deyib ki, sülhə dair razılıq Moro Müsəlman Azadlıq Cəbhəsinin bundan sonra qarşıya ölkədən ayırılmaq kimi məqsəd qoymayacağına təminat verir.

Yaraqlı qrupun nümayəndəsi Qəzali Cəfər deyib ki, razılıq uzun müddətdir müharibədən əziyyət çəkən insanlara yüngüllük gətirəcək.

Vaşinqtonda ABŞ Dövlət katibi Hillari Klinton Filippin hökuməti və yaraqlılar arasında razılığın əldə eidlməsini münaqişənin dinc yolla həlli işinə sadiq qalmasının göstəricisi kimi qiymətləndirib. O deyib ki, növbəti addım razığın şərtlərinə tam əməl olunmasından ibarətdir.

Filippində separatçı yaraqlıların on illərdir apardığı münaqişə nəticəsində 120 mindən çox insan həyatını itirmişdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG