Accessibility links

Ətraf mühit mikroblarının izlənməsi


Ətraf mühit mikroblarının izlənməsi
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Tədqiqatçıların dediyinə görə, artıq onların paltar, dərman və digər əşyaları qeyri-qanuni istehsal edən şirkətləri izləmək imkanları var ki, bu da etikadan kənar çərçivədə işləyən bizneslərin qanunları pozmasına əngəl törədir. Bu yeni cihazlarla bir yerdən başqa yerə gedən görünməz mikrobların unikal DNK kombinasiyalarını öyrənmək mümkündür. Los-Ancelesdə Milken İnstitutunun qlobal konfransında yeni texnologiyanın imkanları sərgilənib.

Sizin paltarlarınız, dərmanlarınız və digər əşyalarınızın genetik imzaları var, çünki onların hər biri müxtəlif yerlərdə hazırlanmış və onlar DNK profillərinin fərqli birləşməsini təşkil edən unikal mikroblarla doludur. Cessika Qrin dünya boyu mikrobların xəritəsini quran “Phylagen” şirkətinin təsisçilərindən biridir.
“Onlar – göbələk, virus və protozoa kimi viruslardır ki, onları gözlə görmək çətindir və onlar planetin hər yerdə mövcuddur”.

Bu şirkət müxtəlif yerlərdən toz yığır və DNK sıralama texnologiyasından istifadə edərək, mikrobları olan bu toz haqda məlumatlar əldə edir. “Mikroblar yalnız əşyalartdakı tozlar deyil, onlar eləcə də səthlərdə və işçilərin bir-biri ilə təması vasitəsilə yayılır” - deyə, Cessika Qrin bildirir.

Bu yanaşma hazırda paltar sənayesindəki problemə tətbiq olunur. “Brendlər onlara gələn malların üçdə birinin qeyri-qanuni yolla işləyən təşkilatlara məxsus olduğunu deyirlər.”

Human Rights Watch insan haqları təşkilatının dediyinə görə, hazır geyim sənayesində icazəsiz sub-podrat müqavilələri daha çox əmək pozuntularının baş verdiyi yerlərdə imzalanır.

“Phylagen” şirkəti dünyanın 40-dan çox ölkəsi ilə əməkdaşlıq edərək, həmin ölkələrdəki yüzlərlə fabrik və zavoddan toz nümunələri yığır ki, malların mənşələrini müəyyən etmək üçün onlarda lazım oln data bazası olsun.

Cessika Qrinin dediyinə görə, mikrobların dəqiq DNK məlumatlarını əldə etməklə, xəstəliklərin başlanğıc nöqtəsini proqnozlaşdırmaq və dərmanların saxta olub-olmadığını müəyyən etmək olar.

XS
SM
MD
LG