Accessibility links

Pikassonun nadir rəsm əsəri gələn ay hərraca çıxarılacaq [Video]


Pikassonun nadir rəsm əsəri gələn ay hərraca çıxarılacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Pikassonun nadir rəsm əsəri gələn ay hərraca çıxarılacaq

Rəsmin çəkilməsinə səbəb olan və ilhamlandıran qadın Pikasso ilə münasibətlərinə 17 yaşındaykən başlayıb. Pikasso sonrakı sevgilisi olan Dora Marla münasibətə başalamazdan əvvəl ikilinin birlikdə qız uşaqları dünyaya gəlir.

"Bu təkcə Marie Terezanın deyil, həm də 196-cı ildə Pikassonun sıx münasibətdə olduğu Dora Marın portretidir. Bu portreti onun 1937-ci ildə çəkdiyi və hazırda Madriddəki Reina Sofiyada saxlanılan Guernica əsəri qədər şah əsər saymaq olar." - deyə, Sothebi hərrac evinin nümayəndəsi Ceyms Maki bildirib.

Pikasso özünün kubizm tərzində və canlı rənglərlə çəkdiyi qapın portretləri ilə tanınır. Sothebi hərrac evi bu rəsm əsərini 50 milyon dollar qiymətində dəyərləndirib.

"Bu rəsmi son bir neçə ildə ictimai hərracda ortaya çıxarılan rəsmlər arasında keyfiyyətinə və əhəmiyyətinə görə müqayisə edə biləcəyiniz çox az əsər var." - deyə Ceyms əlavə edib.

Rəsm əsəri çərşənbə axşamı Honq Konqda hərrac-öncəsi nümayişlərə başlayıb. Əsər ABŞ-a gətirilməzdən öncə Tayvanda da nümayiş etdiriləcək.

"Sothebi son 20 ildə Nyu York və London impressionist və müasir sənət əsərlərini Honq Konqa gətirərək xoş təəccübə səbəb olur. Biz daim alıcıların və izləyicilərin maraqlarında artış müşahidə edirik. Keçən ilin noyabr ayında Nyu Yorkda həyata keçirilən 10 ən yüksək satışın beşini asiyalı müştəriləri həyata keçirib." - deyə, Sothebi hərrac evinin Asiya üzrə nümayəndəsi Patti Vonq bildirib.

Keçən ilin noyabr ayında Lenardo da Vincinin "Salvador Mundi" əsəri Nyu Yorkdakı hərracda rekord qiymətə, 450 milyon dollara satıldı. Bundan əvvəlki dünya rekordu isə 179 milyon dollar satılan Pikassonun "Əlcəzairli qadınlar" əsəri olmuşdu.

XS
SM
MD
LG