Accessibility links

Rusiya pilotsuz raketdə fəzaya robot göndərir


Rusiyanın pilotsuz Soyuz kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya ekipaj üzvlərini daşımaq üçün nəzərdə tutulan yeni sürətləndirici raketi sınaqdan keçirir.

Çərşənbə günü Qazaxıstanda Baykonur Kosmodromundan havaya qalxan Soyuz MS-14 kosmik gəmisi hazırda Beynəlxalq Kosmik Stansiyadakı 60 ekspedisiya ekipajına 658 kiloqram yük daşıyır.

Daha çox diqqət cəlb edən faktor raketin tərkində fəzaya göndərilən ilk humanoid robotun olmasıdır.

"Fyodor" humanoid robotu Beynəlxalq Fəza Stansiyasında iki həftə qalacaq.
"Fyodor" humanoid robotu Beynəlxalq Fəza Stansiyasında iki həftə qalacaq.

"Fyodor" adlı robot raket kapitanı oturacağında əyləşib və son məlumatlara görə orbitə çıxışda heç bir problem yaşanmayıb.

Skybot F-850 modelli robot raketin gələcəkdə insan astronavtlar üçün təhlükəsiz olub-olmadığnı yoxlamaqda kömək edəcək.

Rusiya uzun illərdir ki, belə bir robotun üzərində işləyirdi.

Soyuz Yer kürəsinə sentyabrın 6-da dönəcək və Qazaxıstana enəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG