Belçika abbatlığı 220 il ara verdikdə sonra pivə istehsalının çoxəsrlik ənənəsini davam etdirmək qərarına gəlib. Qrimbergen abbatlığının keşişləri özlərinin yeni mikro-zavodunda xüsusi pivə hazırlamaq üçün qədim reseptlərə göz gəzdirir. Bu arada arxeoloji qazıntılar zamanı İsrail tədqiqatçılarının aşkar etdikləri minlərlə yaşı olan mayadan pivə hazırlanır. Pivə dünyanın ən qədim və ən məşhur içkilərindən biridir və istehsalçılar daha çox müştəri cəlb etmək üçün yeni reseptlər axtarır.
Pivə həvəskarları yeni və maraqlı dadlar axtardıqlarına görə, öz pivəsini istehsal edən zavodlar yeni reseptlər tendensiyasını davam etdirir. Belçikanın Qrinbergen abbatlığının keşişləri də özlərinin qədim pivə reseptlərinə nəzər salaraq, öz pivələrini istehsalını davam etdirmək qərarına gəlib.
"Pivə və dindar həyat tərzi həmişə bir arada olub. Biz hazırda Alken Maes və Karlsberq tərəfindən dəstəkləniriksə, gözləməyin mənası yoxdur. Beləliklə biz miko-pivəbişirəndən istifadə edərək Qrimbergen pivəsini geri gətiririk - deyə, pivə istehsalçısı Karel Stautemas bildirib.
Rahiblər bəziləri XII əsrə aid olan qədim kitablardakı reseptlərdən və müasir texnikadə edərək pivəni məhdud sayda pivə istehsal edəcək.
"Yaxşı, bu pivədə xüsusi nə var? Biz bunu hazırlayarkən Qrimbergenin DNK-sından istifadə edə cək və bəzi yerli inqridiyentlər əlavə edəcəyik. Məsələn, biz abbatlığın bostanında mayaotu toxumu yetişdirməyə başlamışıq. Pivəni də məhdud sayda istehsal etməyimizin səbəbi bu bitkinin az yetişməsidir. Bizə Qrimbergenin yerli fermerləri də yadım edəcək" - deyə, pivə istehsalçısı Mark Anton bildirib.
"Qrimbergen" mikro-zavodu ictimaiyyətə 2020-ci ilin sonunda açılacaq və abbatlıq təxminən 10 min hekto-litr pivə istehsal etməyi planlaşdırır. Daha çox miqdarda isə başqa ölkələrdə istehsal ediləcək.
Pivə istehsalçılarının qədim pivə üsullarına marağı burada bitmir. İsrail tədqiqatçıları arxeoloji sahələrdən tapılan kavanozların qalıqlarından maya çıxardıqlarını və minlərlə il bundan öncə fironların içdiklərinə bənzər bir dəm hazırladıqlarını söyləyirlər.
((Yitzchak Paz, Israel Antiquities Authority (in English )
"Biz onların buğdadan, mayadan və sudan istifadə etdiklərini bilirik. O zaman süni maddələr yox idi. İndi isə pivəyə müxtəlif dadlar vermək üçün konsentratlar qatılır" - deyə, İsrailin antik dövr tədqiqatçısı Yitzaq Paz bildirib.
Qüds və Tel-Əviv Universitetlərinin tədqiqatçıları qazıntılar zamanı aşkar edilən 3000 illik mayadan hazırlanmış pivəni bu günlərdə təqdim ediblər. Onlar qədim reseptləri müasir metodlarla birləşdirərək günlərin birində satışa çıxarıla biləcək pivə istehsal etməyi planlaşdırır.