Accessibility links

“Lost Rhino Brewing” şirkətinin pivəsi [Video]


“Lost Rhino Brewing” şirkətinin pivəsi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Bu qədim içkini hazırlanmaq üçün cəmi 4 inqridiyent kifayət edir. Su, maya, buğda əzməsi və xüsusi pivə çiçəyi ilə siz pivənizi hazırlamağa başlaya bilərsiniz. Lakin kiçik bir inqridiyent pivəni daha dadlı edir.

Qədim zamanlarda pivə hazırlayarkən ən vacib inqridiyenrt, maya qatmırdılar. “Lost Rhino Brewing” şirkətindən Melissa Hoffman: “Keçmişdə insanlar pivənin nəyə görə fermentasiya olunduğunu bilmir, bunun Allah tərəfindən edildiyini düşünürdülər. Onlar bu məcüzəni Allahın yaratdığını deyirdilər. Şərbətçiotu olan qarışığın qıcqırdılması fermentasiya olunmuş möcüzə yarandı.”

Lakin Virciniya ştatının Aşborn şəhərindəki “Lost Rhino Brewing” şirkəti həmin o, istifadə edilməyən unikal inqridiyentə üstünlük verir.

Pivəyə qatılan nadir maya adətən on illərdir laboratoriyalarda və pivə zavodlarında yetişdirilir. Lakin “Lost Rhino Brewing” şirkəti təbii maya üzərində eksperiment aparmağa başlayıb. Belə ki, təkhüceyrəli göbələklərə hər yerdə rast gəlinir, hətta havada belə. “Lost Rhino” şirkətinin işçisi Aleks Linç: “Orijinal pivə hər şeydən hazırlnaırdı, içərisinə nə gəldi vurulurdu… Biz sanitar praktikadan istifadə edir və pivənin içərisinə atdıqlarımız fermentasiya olunurdu. Bu, bizim region üçün unikal bir şey idi və nəticədə yaxşı pivə alınırdı.”

Bir parça pambıq və çubuqdan istifadə edərək, siz mayanı gözlənilməz yerlərdən belə götürə bilərsiniz, “Lost Rhino”nun “Quzella”sından olduğu kimi. “Biz onu avto-parkdan götürmüşdük və çəlləyə yerlədirmişdik. İki il ona əl vurmadıq. Orada nə baş verdiyini bilmirdik. Lakin orada nə isə böyüyürdü. Biz ona maya qatdıq və gözlənilmədən fermentasiya oldu.Biz pançeon adlandırdığımız bu maddədən daha iki barrelə əlavə etdik və qarışdırdıq” deyə, Melissa Hoffman bildirir.

Düzgün avadanlıqla siz özünüz maya hazırlaya bilərsiniz. Lakin onu deyə bilərik ki, hər mayadan yaxşı pivə çıxmır. Və yabani mayanın fermentasiyası daha uzun zaman aparır. Aleks Linç: “Bu pivə növünun tam hazır olması üçün 3 il gərəkdir. Yəni zaman və lazımi xammal gərəkdir.”

Proses yavaş və dəqiq olsa da, doğru inqridiyentlərlə ləzzətli, mükafata layıq bir pivə əldə etmək olar.

XS
SM
MD
LG