Accessibility links

Piza qülləsinin yıxılmamasına səbəb yumşaq torpaqdır [Video]


Piza qülləsinin yıxılmamasına səbəb yumşaq torpaqdır
please wait

No media source currently available

0:00 0:01:34 0:00

İtaliyada tez-tez zəlzələlər baş verir. Buna baxmayaraq Piza qülləsi hələ də olduğu kimi yerində qalır. Alimlər də bunun səbəbini araşdırlar. Bristol universitetindən zəlzələ üzrə bir ekspertin fikrincə isə, o, Pizanın nə üçün aşmadığının səbəbini artıq tapıb.

Şiddətli zəlzələ olanda yer bu cür tərpənir.

Torpaq tərpənir, amma qüllə tərpənmir, sanki dalğa üzərində hərəkət edir. Torpaq sərt olsa idi, dalğalar qülləyə dəyərdi və nəticədə, böyük ehtimal ilə, o yıxıla bilərdi
Corc Milonakis

Amma İtaliyanın mərkəzində yerləşən Piza şəhərində baş verən çox sayda zəlzələlərə baxmayaraq, orada “yıxılan qüllə” adı ilə tanınan Piza qülləsi inşa ediləndən 646 il sonra hələ də yerində qalır.

Bristol Universitetinin professoru Corc Milonakis deyir ki, bunun səbəbi qüllənin yumşaq torpaq üzərində inşa edilməsidir.

“Torpaq tərpənir, amma qüllə tərpənmir, sanki dalğa üzərində hərəkət edir. Torpaq sərt olsa idi, dalğalar qülləyə dəyərdi və nəticədə, böyük ehtimal ilə, o yıxıla bilərdi,” Milonakis söyləyir.

Lakin illər ərzində alınan ölçülər qüllənin əyilməyə davam etdiyini göstərirdi. Bu səbəbdən də 1990-cı ildə başladılan bərpa layihəsi nəticəsində binanın zəmini sabirləşdirildi, özü isə 45 santimetr düzləşdirildi.

Piza qülləsi
Piza qülləsi

“Biz Piza qülləsi ilə bağlı artıq daha nikbinik. Oradakı zəlzələlərin miqyası və şiddəti daha yüksək olur, qüllənin torpaqdan aldığı dəstək isə o qədər möhkəm və mühümdür ki, qüllə hələ, yüzlər hətta minlərlə il yıxılmadan qala bilər,” Milonakis deyir.

Son ölçülər binanın artıq əyilmədiyini təsdiq edir və qüllə ziyarətçilərə açıqdır.

XS
SM
MD
LG