Accessibility links

PKK yaraqlıları Türkiyə hərbi qüvvələrinə hücumlarını davam etdirir


Hücumlar Çuxurca şəhərindəki hərbi qüvvələrə qarşı həyata keçirilib

Türkiyənin cənub-şərqində kürd üsyançılarının hərbi qüvvələrə qarşı həyata keçirdikləri hücumlar zamanı 6 türk əsgərinin qətlə yetirildiyi xəbər verilir. Ordu rəsmilərinin məlumatında deyilir ki, Çuxurca şəhərində hərbi qüvvələrlə kürd yaraqlıları arasında toqquşma bu gün kürdlərin PKK qrupunun hücumundan sonra baş verib. Bu şəhərin İraqla sərhəddəki Hakkari vilayətinə aid olduğu deyilir. Türkiyə mediası qarşıdurma zamanı bir neçə əsgərin də yaralandığını bildirib. Lakin PKK yaraqlılarının itkiləri barədə məlumat verilmir. Rəsmilər yaraqlılara qarşı genişmiqyaslı əməliyyatların vertolyotların köməyi ilə davam etdirildiyini bildirirlər.

XS
SM
MD
LG