Accessibility links

Oklahoma faciəsindən 20 il ötür


Bu gün Oklahoma faciəsinin 20-ci ildönümüdür.

1995-ci ilin aprel ayının 19-da Alfred Murrah binasında partlayış 169 nəfərin ölümünə səbəb olmuşdu. Hadisə Amerika tarixində ən dəhşətli terror aksiyaları sırasında yer alır.

ABŞ baş prokuroru Erik Holder deyib ki, 20 il əvvəl azadlıq, demokratiya və qanunun aliliyinə riayət edən bir ölkə terror hücumuna məruz qalıb. O, Amerika xalqının iradəsinin bu ölkəni azadlığın mayakına çevirdiyini deyib.

Timoti Makvey adlı şəxs partlayıcı maddələrlə dolu yük maşınını binanın qarşısında saxlamış və partlayış binanın ön tərəfini tamamilə dağıtmaqla yanaşı, 16 kvartal radiusunda tikililərə ziyan vurmuşdu.

Cinayətkar 2001-ci ildə edam edilmişdi. Onun əlbiri Terri Linn Nikols ömürlük həbs cəzası altındadır.

XS
SM
MD
LG