Accessibility links

Bakının baş planı


Bakının baş planı
Bakının baş planı

Bakı Dövlət Layihə İnstitutu dekabrın 22-də “Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı”nı (Baş plan) təqdim edib.

Layihəyə əsasən Bakı və Abşeron 9 zonaya bölünür: Cənub, Şimal, Şərq, Mərkəz və beş periferiya.

Hər zonanın öz mərkəzi olacaq. Plan 248 min hektar sahəni əhatə edir.

Bakının baş planı
Bakının baş planı

Baş planın 2035-ci ilədək planlaşdırılması nəzərdə tutulub və astronomik məbləğ - 283,97 mlrd. manat həcmində dəyərləndirilir. Həmin vəsaitlərin mənbəyi göstərilməyib.

Planda nəzərdə tutulub ki, 2035-ci ilədək paytaxtın mənzil fondunun sahəsi 97,78 mln./kv. metr təşkil edəcək.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda 122 min bina söküləcək və köçürüləcək.

“Binaların sökülməsi bütün paytaxt ərazisində hər yerdə aparılacaq”, o bildirib.

İ.İsbatov deyib ki, “müəyyən vaxtdan sonra” “xruşovka”lar da sökülə bilər, ancaq ilk növbədə 1-2 mərtəbəli evlər söküləcək.

Baş plan ikinci dairəvi yolun inşasını nəzərdə tutur ki, bu da Bakı-Sumqayıt trassını birləşdirəcək.

Bakının baş planı
Bakının baş planı

Dairəvi yolun inşası şimal zonası ərazisində planlaşdırılır ki, buranın mərkəzi Maştağa qəsəbəsi olacaq.

İ.İsbatov deyib ki, Maştağa qəsəbəsilə bağlı “Sakit şəhər” konsepsiyasının reallaşdırılması nəzərdə tutulur, ancaq bunun nə olduğunu açıqlamayıb.

Eyni zamanda, Abşeronda kənd təsərrüfatı obyektlərinin yaradılması və kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahəsinin saxlanması planlaşdırılır.

Cənub zonası çərşivəsində Ələt qəsəbəsində “Ağıllı şəhər”in, nəqliyyat qovşağının, həmçinin biznesin idarə edilməsi üzrə ixtisaslaşdırılmış universitetin yaradılması təklif edilir.

İ.İsbatov “Ağıllı şəhər”in nə olduğunu açıqlamayıb.

Baş planda Ələt qəsəbəsində 200 min nəfər əhalisi olan regional mərkəzin yaradılması təklif edilir.

Bununla yanaşı, kənd təsərrüfatının və aqroturuzmin inkişafını nəzərə alaraq Mərdəkan və Hövsan qəsəbələrində universitet şəhərciklərinin yaradılması nəzərdə tutulur.

Baş planda Ələt qəsəbəsində yeni sərnişin aeroportunun yaradılması planlaşdırılır.

İ.İsbatov bunun turizmin inkişafı, Ələtdə azad ticarət zonasının yaradılması ilə əlaqədar olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG