Accessibility links

Polşada nümayişlər


Polşada çərşənbə Ali Məhkəmə hakimlərinin üçdə birinin təqaüdə çıxmasına çağıran qanun əleyhinə etirazlar keçirilib.

Polşa Ali Məhkəməsinin ilk prezidenti Malqorzata Gersdorf təqaüdlə bağlı yeni qanuna məhəl qoymayaraq, işə çıxıb.

Ali Məhkəmə qarşısına toplaşanlara təşəkkür edən Gersdorf qanunun aliliyini müdafiə etmək üçün burada olduğunu deyib.

Hakimlər üçün məcburi pensiya yaşını azaldan yeni qanuna əsasən, Ali Məhkəmə hakimlərinin üçdə birindən çoxu məcburi təqaüdə çıxmalıdır.

Opponentlər bu qanunun hökumətin məhkəmələrə nəzarəti ələ keçirmək cəhdi olduğunu, hökumət isə məhkəmə sistemindəki qanunların çoxunun kommunizm sisteminə aid olduğunu və dəyişikliklər edilməli olduğunu deyir.

Varşava və digər şəhərlərdə əllərində Polşa və Avropa Birliyinin bayraqları olan minlərlə nümayişçi pulsuz məhkəmə sisteminin olması ilə bağlı şüarlar səsləndirib.

Nobel laureatı olan Solidarity (Həmrəylik) partiyasının təsisçisi Lek Valesa Ali Məhkəmə önündə toplaşan izdihama deyib ki, yeni qanun ölkədə sülhə hədədir.

“Onlar bizim məhkəmələri məhv etməyə başladığı üçün vəziyyət artıq ciddi hal alır. Bu isə gec və ya tez vətəndaş müharibəsinə gətirib çıxara bilər”- deyə, o bildirib.

Valesa həmçinin deyib ki, sağçı hökümət istefaya getməlidir. Polşanın baş naziri Mateus Moravetski çərşənbə Avropa Parlamenti önündəki çıxışında hakimlərin yaş həddini azaltmaq qərarını müdafiə edib.

Moravetski həmçinin digər Avropa İttifaqı üzvlərini başqa bir ölkənin demokratik yolla seçilmiş hökümətinə qarşı “kampaniya” aparmaqda ittiham edib.

Lakin onun sözləri bir çox Avropa liderini qane etmir. Onlar Polşada demokratiyanın təhlükə altında olduğunu deyir və mühafizəkar hpküməri məhkəmələrə nəzarəti ələ keçirməyə cəhd etməkdə günahlandırır.

XS
SM
MD
LG