Accessibility links

Blog:Plastik və kosmetik əməliyyatlar


Çox zamanlar plastik əməliyyatla kosmetik əməliyyatlar səhv salınır. Lakin bunlar arasında fərq olduqca böyükdür. Plastik əməliyyatlar tibbi mahiyyət daşıyır və onlar bərpa, düzəliş məqsədi güdür. Bunlara rekonstruktiv, əl və ya ayaq, yanıq, habelə mikroəməliyyatlar daxildir.

Rekonstruktiv cərrahiyyə əməliyyatları hələ birim eramızdan əvvəl Hindistanda keçirilirdi. Hindistan cərrahlarının məşhur əməliyyatları haqda nəzəriyyələri eramızın VI əsrində ərəb dilinə tərcümə edilmişdi. Əməliyyatların Avropaya doğru səmt almasına məhz ərəb dilindən tərcimələr yardım etmişdi.

Qədim Misir və Romada da plastik əməliyyatlar keçirilib.

Amerikanın ilk plastic cərrahı Con Piter Mettauer olub. O, ilk əməliyyatı öz üzərində, yarıq damağında aparıb.

Müasir cərrahiyyənin banisi isə Londonda çalışan Yeni Zelandiyalı otolarinqoloq Horald Gilliyes olub. Cinsiyyət dəyişdirilməsi əməliyyatını ilk dəfə həyata keçirən də məhz bu cərrah olub.

Kosmetik cərahiyyə əməliyyatlarının yaşı çox deyil. Ötən əsrin əvvəllərində təməli qoyulan bu estetik sahə son zamanlar şaxələnməyə başlayıb.

Hər il təkcə Amerikada 10-15 milyon arasında kosmetik cərahiyyə əməliyyatları keçirilir. Bədənin demək olar ki, bütün sahələrini əhatə edən kosmetik əməliyyatların ən yayğını burun, göz, dodaq olub. Hazırda bu sahə əhatə dairəsini genişləndirməkdədir. İndi istənilən cizgi və xarici orqanın formasını dəyişmək mümkündür.

Amerikada kosmetik əməliyyatlar sığortalar tərəfindən ödənilmir. Çoxları bunun üçün banklara kredit üçün müraciət edir. Məsələn bir qadın 14 əməliyyata 83 min dollar sərf edib. Necə deyərlər, gözəl olmaq istəyirsinizsə, əliniz cibinizdə olsun.
Qiymətlər isə təqribən belədir:
Göz qapaqları(alt və üst) 6000-12000,
Qarın liposansiyası 12000-15000,
Cənə 8000,
Yanaqlar 30000+ ,
Bütöv bədənin dartılması 40000+ ABŞ dolları civarındadır.

Lakin uğursuz əməliyyat sizi dünyanın ən çirkin insanlar siyahısına sala bilər. Əməliyyatlara alışqanlıq Cənubi Koreyadan bir qadını tanınmaz vəziyyətə salıb. Hər növ əməliyyatdan keçən Hang Mioki adlı bu qadın üzünə mətbəxdə işlənən adi yağ inyeksiyaları etməklə, dünyanın qorxunc adamları sırasında yer alıb.
XS
SM
MD
LG