Accessibility links

"Plastik Okean" filmi [Video]


"Plastik Okean" filmi
please wait
Embed

No media source currently available

0:00 0:02:07 0:00

"Plastik Okean" filmi

Hər il okeanlarda 8 milyon ton plastik yığılır. Bu isə dəniz həyatına ziyan vurur və plastiklər qida zəncirinə daxil olur. Plastik Okean adlı yeni bədii filmdə bu problemə və onun həll yollarına nəzər salınır.

Plastik Okeanlar Fondundan Culi Andersen deyir ki, biz problemin sadəcə kiçik bir hissəsini görürük.

Tək istifadəlik plastik fincanlar, plastik şüşələr, plastik torbalardan istifadəni azaldıb, əvəzində yenidən istifadə oluna bilən materiallardan istifadə etməliyik.
Culi Andersen

“Tullantılar yarısı okeanın dibinə enir. Plastiklərin də bəziləri dibə enir, üzdə qalanlar isə parçalanır,” deyə o bildirir.

Kinorejissorlar Atlantik, Hind və bəzilərinin iddia etdiyinə görə plastik adanın yarandığı Sakit okeandakı dəniz cərəyanlarında tullantılar aşkar ediblər.

“Biz Sakit Okeanın ortasında plastik bir ada aşkar etmədik. Bizim aşkar etdiyimiz suyu canına hopduran plastik duman idi,” deyə Plastik Okean filminin rejissoru Adam Leipziq bildirir.

Tulantılar qida zəncirinə ziyan vurur. Bəzən bu, çox aşkar olur, bəzən isə miksroskopik dərəcədə az. Plastik hissəciklər digər çirkləndiricilərlə bir-birinə təsir göstərir.

“Ağır metallar, dərmanlar, sənaye tullantıarı. Bunlar maqnit kimidir. Bu toksinlər plastikin üzərinə yapışır və dəniz məhsulları bu plastikləri udanda toksinlər yağ toxumalarının içinə daxil olur,” Leipziq deyir.

Bu dəniz məhsullarını isə daha sonra dənizdə yaşayan başqa balıqlar və ya insanlar yeyir.

Çin, İndoneziya, Filippin, Tayland və Vyetnam ən pis plastik çirkləndiricilərdir. Birləşmiş Ştatlar isə tullantıların çeşidlənməsində lider bir ölkə olsa da, çirkləndiricilər siyahısında 20-ci yerdə gəlir, çünki çox sayda plastik istehsal və istehlak edir.

Livanda yenicə açılmış Tullantıların Çeşidlənmə Mərkəzi kimi dünya boyu bir çox yerdə bu problemi həll etmək üçün bir çox səylər göstərilir.

Lakin Anderson deyir ki, insanların edə biləcəyi daha çox şey var.

“Tək istifadəlik plastik fincanlar, plastik şüşələr, plastik torbalardan istifadəni azaldıb, əvəzində yenidən istifadə oluna bilən materiallardan istifadə etməliyik,” o bildirir.

O deyir ki, bizim sağ qalmağımız üçün sağlam okeanlar zəruridir.

XS
SM
MD
LG