Accessibility links

“Plastik tullantılar Xəzər dənizində əsrlər boyu qala bilər”


Hər il 8 milyon ton plastik tullantılar okean sularına tökülür. Azərbaycanda isə plastik tullantılar külək və su kanalları vasitəsi ilə Xəzər dənizinə çatır və əsrlər boyu orada qala bilər.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində məlumat yayılıb.

Alimlər dənizlərə tökülən plastik tullantıların illik miqdarının növbəti 10 ildə ikiqat artacağını proqnozlaşdırır.

“Mr. Trash Wheel” (Tullantıları yığan çarx) layihəsini sizə təqdim edirik. Baltimor (ABŞ-ın Merilend ştatında şəhər) limanında yerləşən bu təkər suda olan tullantıları toplayır. Qurğu su çarxını döndərmək və tullantıları sudan konveyerə çıxarmaq üçün həm hidro, həm də günəş enerjisindən istifadə edir. Sizcə, bu layihə Xəzər dənizində plastik tullantılardan azad olmaq üçün yaxşı bir həll ola bilərmi?” məlumatda sual edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG