Accessibility links

Plastik tullantıların çürüməsini sürətləndirən yeni proses [Video]


Plastik tullantıların çürüməsini sürətləndirən yeni proses
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Sakit Okeanda artıq Fransa, Almaniya və İspaniyanın toplam ərazisi qədər böyük bir ərazidə bir yerə çox sayda plastik yığılıb. Plastiklərin tərkib hissələrinə ayrılması əsrlər çəkdiyi üçün, onlar sivilizasiyaya təhlükə törədir. Britaniyanın Portsmouth Universitetinin alimləri isə deyir ki, onlar plastiklərin çürümə prosesini sürətləndirmənin yolunu tapıb.

Biz bir neçə amin turşusunu dəyişərək, fermentin sürətini azaltdığımızı düşünürdük, amma əslində artırdıq. Biz fermentin daha təkmilləşdirilmiş versiyasını hazırladıq.
Con MakGihan

Bu mürəkkəb avadanlıq, bəlkə də, sivilizasiyaya ən böyük təhlükə yaradan plastik tullantı problemini həll edəcək.

Oksfordşayrda yerləşən Diamon Light Source təsisində Portsmouth Universiteti ilə digər elmi qurumların alimləri xüsusi bir bakteriyaya ən geniş istifadə olunan PET adlı plastiki çürütməyə yardım edən fermentin kimyasını analiz etməyə çalışıblar.

Onlar çox güclü işıq şüalarından istifadə edərək fermentin strukturunu dəyişib, daha sonra onu bakteriyaya daxil ediblər.

“Biz bir neçə amin turşusunu dəyişərək, fermentin sürətini azaltdığımızı düşünürdük, amma əslində artırdıq. Biz fermentin daha təkmilləşdirilmiş versiyasını hazırladıq,” deyə Portsmouth universitetindən Con MakGihan bildirir.

Alimlər mikroskop ilə baxanda bakteriyanın plastikləri daha sürəli şəkildə çürütdüyünü görüb.

Bu proses 1950-ci illərdə inkişaf etdirilən camaşır tozunun hazırlanma prosesinə bənzəyir. Həmin prosesdə də fermentlər daha çox sabitləşdirilmişdi ki, bu da onlara çirkdəki zülal və yağları daha sürətli şəkildə tərkib hissələrinə ayırmağa imkan vermişdi. Lakin PET-in çürüməsini sürətləndirmək daha çətin bir prosesdir.

“Biz artıq PET-i bir neçə gün ərzində çürüdürük. Bu isə ətraf mühitin təbii yolundan xeyli sürətlidir. İndi ki, biz prosesin neçə işlədiyini bilirik, fermenti sürətləndirə bilərik və beləcə sənaye prosesini başlatmış olarıq," MakGihan söyləyir.”

Hələ ki, alimlər deyir ki, onlar bu yeni fermentdən sadəcə bir neçə qram əldə edə bilirlər.

Lakin prosesi sənayeləşdirib, bu fermentdən çox miqdarda hazırlamağı ümid edir.

Onlar həmçinin ümid edir ki, gələcək eksperimentlər daha da sürətli plastik çürüdən fermentlərin yaranamasına gətirib çıxaracaq.

XS
SM
MD
LG