ABŞ-ın iki ən iri korporasiyası Coca Cola və Procter & Gamble yeni üsullarla tullantılardan təkrar istifadə etmək üçün çox iddialıdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
Belə ki, 200-dən çox ölkədə gündəlik 1,9 milyard şüşə içki satan Coca Cola 2030-cu ilədək hər satılan bir dəmir banka və ya şüşəni təkrar istifadə olunmuş qutu ilə əvəz etməyi planlaşdırır.
2017-ci ildə Procter & Gamble 170 000 ədəd Head & Sholders şampun qablarını satışa buraxıb. Bu qabların 25 faizi Fransa sahillərindən toplanmış plastik qutulardan ibarət idi. 50 000 ədəd şampun Almaniyada satılıb və şirkət gələcəkdə də digər məhsulların tullantılardan istifadə etməyi planlaşdırır.