Accessibility links

Azərbaycanda 'Pfizer' vaksinindən istifadə başlanıb


Azərbaycanda iyunun 7-dən vətəndaşlar yeni növ koronavirus infeksiyasına qarşı "Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bu barədə İcbarı Tibbi Sığorta Agentliyi məlumat verib.

Məlumata görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.

Azərbaycanda indiyədək, əsasən, "Sinovak" və "Sputnik" peyvəndlərindən istifadə edilib.

"Sinovak" və "Pfizer" vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG