Accessibility links

Poçtla Kanadaya göndərilən otbiçən maşının motor hissəsindən narkotik götürülüb


Poçtla Kanadaya göndərilən otbiçən maşının motor hissəsindən narkotik götürülüb
Poçtla Kanadaya göndərilən otbiçən maşının motor hissəsindən narkotik götürülüb

Azərbaycandan poçt vasitəsi ilə Kanadaya göndərilən ümumi çəkisi 2831 qram narkotik aşkar edilərək götürülüb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Kanadaya göndərilən, otbiçən maşın kimi bəyan olunan və karton qutudan ibarət poçt bağlamasınd ntiryək aşkarlanıb.

“Otbiçən maşının mühərrikindəki boşluqdan ümumi çəkisi 2831 qram tiryək aşkar edilərək götürülüb. Gömrük əməkdaşları poçt bağlamasının sahibini də müəyyən edib. Həmin şəxsin istifadəsində olan "Azsamand" markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG