Accessibility links

Müsavat Partiyası etiraz aksiyası keçirdi [Video]


10-dan çox aksiya iştirakçısı saxlanılıb

Noyabrın 3-də Müsavat Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirib. Müsavatçılar toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz edib.

Müsavat Partiyası piket keçirib
Müsavat Partiyası piket keçirib

Piketə şəhər hakimiyyətinin Müsavat üzvlərinin 21 oktyabr yürüşünü keçirməsinə icazə verməməsi səbəb olub.

Fəallar "İçəri şəhər" metro stansiyasından çıxaraq meriyanın binasına doğru irəliləyib və piketin qətnaməsini oxuyublar. Ancaq polis əməkdaşları Müsavat Partiyası sədrinin müavininin qətnaməni meriyaya təqdim etməsinə mane olub.

Müsavat Partiyası piket keçirib
Müsavat Partiyası piket keçirib

Sonra polislər aksiya iştirakçılarını sıxışdırmağa başlayıb. Buna cavab olaraq piketçilər "Azadlıq!" şüarı səsləndirib. Bundan sonra polis iştirakçıları saxlayıb.

10-a yaxın etirazçı saxlanılıb. Onların arasında Müsavat Partiyası başqanının iki müavini - Səxavət Soltanlı və Tofiq Yaqublu, həmçinin sədrin müşaviri Mustafa Hacıbəyli var.

XS
SM
MD
LG