Accessibility links

Varşavada yüzlərlə insan Belarusdakı siyasi repressiyalara qarşı etiraz aksiyası keçirib


Aralarında Polşada mühacirətdə yaşayan çox sayda belaruslu olan yüzlərlə insan qonşu Belarusdakı siyasi repressiyalara etiraz olaraq bazar günü Varşavada yürüş keçirib. Bu nümayiş Belarusda saxtalaşdırıldığı düşünülən prezident seçkilərinin bir ilinin tamam olması ərəfəsində keçirilib.

Bir çoxları əllərində Belarus müxalifətinin Belarusda qadağan edilmiş qırmızı-ağ bayraqlarını dalğalandırıb və "Yaşasın Belarus!" şuarı səsləndirib.

Etirazlar 2020-ci il avqustun 9-da Belarusda prezident Aleksandr Lukaşenkonun müxalifətin və Qərbdə bir çoxlarının saxtakarlıq hesab etdiyi səsvermədə altıncı müddətə seçildiyi prezident seçkilərinə yönəlib.

Səslərin oğurlanması ilə bağlı fikirlər Belarusda kütləvi etirazlara və Lukaşenko rejiminin etirazçılara, müxalifətə və müstəqil mətbuata qarşı repressiyaların artmasına səbəb oldu. 35 mindən çox insan həbs edildi, minlərlə insan döyülırık, zindanlara atıldı.

Etiraz aksiyasına Varşavanın mərkəzində başlayan insanlar ABŞ və Rusiya səfirliklərinin qarşısından keçərək, şəhərin cənubunda yerləşən Belarus səfirliyinə doğru gedib.

Polşanın Vroslav şəhərindən gələn 56 yaşlı belaruslu Franz Aslauski "Belarusda insanlar həbsxanaya atılacağı üçün küçələrə çıxa bilmir, ona görə də bunu xaricdə yaşayan belaruslar etməlidir" deyib.

"Bunu etmək imkanımız var, buna görə də bu məsuliyyət bizim üzərimizdədir, bütün dünyaya səslənməliyik ki, bütün dünya azadlıq və demokratiya axtarışlarımızda bizə dəstək olsun" - deyə, Aslauski bildirib.

Rusiya səfirliyi qarşısında çıxış edənlər Belarusdakı repressiyalara görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Plakatların birində Lukaşenko ağzından qan damlayan vampir kimi təsvir olunub.

1994-cü ildən, hakimiyyətə gələndən sonraLukaşenko fərqli düşüncə tərzinı qarşı amansızcasına davrandığı üçün Qərbdə "Avropanın son diktatoru" ləqəbini qazanıb.

Varşava yürüşünün təşkilatçıları tədbirin Polşadakı belarusların Belarusa dəyişiklik gətirmək uğrunda mübarizədən əl çəkməyəcəyinə işarə olaraq keçirildiyini bildirib. Onların tələbləri arasında siyasi məhbusların azad edilməsi də var idi.

Litva və Ukrayna ilə yanaşı Polşa da vətənlərini tərk edən belaruslular üçün sürgün mərkəzinə çevrilib.Belarusla həmsərhəd, keçmişdə kommunist ölkəsinin, hazırda Avropa İttifaqının üzvü olan Polşada bir çox insan belarusların demokratik dəyişikliklər səylərini dəstəkləyir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG