Accessibility links

Polşa: Prezident seçkilərinin ikinci turu


Polşada seçicilər bazar günü prezident seçkilərinin ikinci turunda səs verir. Təhlilçilərin çoxu sağ-cinahı təmsil edən prezident Andjey Duda və mərkəzçi Varşava meri Rafal Tşaskovski arasında gərgin rəqabətin olacağını proqnozlaşdırır.

Seçkilərin iyunun 28-də keçiriən birinci turu Dudanın səslərin 43, Taçkovskinin isə 30 faizini alması ilə nəticələnmişdi.

Prezident Dudanın millətçi Qanun və Ədalət partiyası parlamentidə çoxluğu saxlamağa və Avropa İttifaqının bir sıra ölkələrinin anti-demokratik kimi tənqid etdiyi mühafizəkar sosial, ədliyyə və mühacirət siyasətini həyata keçirməyə davam edə biləcəyinə ümid bəsləyir.

Buraya Dudanın məktəblərdə geylərin hüquqlarının tədrisini qadağan etməsinə dair vədi də daxildir. O, homoseksuallığın kommunizmdən pis olduğunu deyib.

Sivil Platforma partiyasını təmsil edən Taşkovski iqtidar partiyasının populyar rifah proqramlarını saxlamağa, lakin konstitusiyaya zidd olan hər hansı qanunvericiliyi blok etməyə söz verib. O həmçinin Avropa İttifaqı ilə yaxşı münasibətləri bərpa edəcəyini deyib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Polşada seçkilərin keçirilməsi iki aya yaxın müddətə təxirə salınmalı olmuşdu. Prezident seçkiləri əvvəlcə mayın 10-na təyin edilmişdi.

Müşahidəçilərin bildirdiyinə görə, səsvermənin təxirə salınması birinci turda qələbəyə ümid edən Dudaya zərər vurub. Onun populyarlığının Sivil Platforma partiyasının daha az tanınan namizədi Taşkovski ilə əvəz etməsi və COVİD-19 ilə əlaqədar məhdudiyyətlərin aradan qaldılması ilə daha çox namizədin kampaniya qatılması ilə azaldığı müşahidə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG