Accessibility links

Polşa sərhəddə miqrant böhranı böyüdükcə Belarusla “silahlı eskalasiyadan” narahatdır


Polşa sərhəddə miqrant böhranı böyüdükcə Belarusla “silahlı eskalasiyadan” narahatdır
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Noyabrın 9-da Belarusun Polşa ilə sərhəddinə toplaşan miqrantlar kürəklər və kəsici alətlərdən istifadə edərək tikanlı məftilləri yarmağa çalışıb.

Əraziyə sərhəd boyu 12 mindən çox Polşa əsgəri yerləşdirilib. Onlar sərhədi keçməyə çalışanlara bibər qazı ilə qarşılıq verir.

Ərazidəki miqrantlar əsasən Əfqanıstandan, Yaxın Şərq və Afrikadan gələn əsasən gənc kişilər, bəzi qadınlar və həm də uşaqlardan ibarətdir. Onlardan bəziləri Belarus dövlət televiziyasına danışaraq bildirib ki, onlar Polşaya deyil, Almaniyaya getmək istəyirlər. Lakin Amerikanın Səsi görüntülərin doğruluğunu təsdiqləyə bilmir.

Polşa və Aİ Minski miqrantları silahlandırmaqda, onları Belarusa gəlmək üçün dəvət etməkdə və sonra onları sərhədə qədər gəlmələri üçün bələdçilik və bəzən də zor tətbiq etməkdə ittiham edir.

Əraziyə baş çəkən Polşanın Baş Naziri Mateusz Morawiecki deyib ki, “Biz bilirik ki, bu tam planlaşdırılmış əməliyyatdır. Bu, ölkəmizin suverenliyini pozmaq məqsədi daşıyır. Lukaşenko rejimi mülki əhalidən hibrid müharibənin silahı kimi istifadə edir”.

Avropa İttifaqıdeyir ki, Belarus 2020-ci il seçkilərindən sonra demokratiya tərəfdarı etirazçılara qarşı vəhşicəsinə repressiyalar həyata keçirdikdən sonra tətbiq edilən sanksiyalara görə qisas alır. Rəsmi Vaşinqton da Avropanın narahatlığını bölüşür.


ABŞ Dövlət Departamentin nümayəndəsi Ned Prays mətbuat kofnrasnı zamanı bildirib ki, “Birləşmiş Ştatlar Lukaşenko rejiminin siyasi istismarını və həssas insanlardan istifadə edərək zorakılıqla sərhədləri boyunca qeyri-qanuni miqrasiya axınlarına səbəb olan qəddar və qeyri-insani yardımını qətiyyətlə pisləyir”.

Polşa sərhəd bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edərək, qaçqınlara dəstək qruplarına və jurnalistlərə girişi əngəlləyib. Artıq bir neçə miqrant sərhəddə həyatını itirib və minlərlə insan dondurucu temperaturda ilişib qalıb. Polşalı analitik Piotr Buras deyir ki, Belarus Avropanı mənəvi böhrana itələyir: "Biz avropalılar bir insan olaraq Belarusla sərhəddə ilişib qalan insanların faciəsinə etinasız qala bilmərik. Bu insanlar istəsələr belə artıq geriyə Minskə və ya öz ölkələrinə qayıda bilməzlər. Belaruslu sərhəd mühafizəçiləri onları hədələyərək, hətta güc tətbiq edərək Polşa ilə sərhədə getmələri üçün sıxışdırır. Və digər tərəfdə isə polşalı sərhədçilər də onlara ölkəyə girməyə imkan vermir".

Humanitar təşkilatlar bildirirlər ki, Polşa əsgərlərinin qanuni sığınacaq axtaranları geri qayıtmağa məcbur etmələri Avropa və beynəlxalq qanunları pozur. Polşa isə atılan addımların qanuni olduğunu deyir.

Varşava ilə gərgin münasibətlərə baxmayaraq, Aİ-i çərşənbə axşamı Polşaya tam dəstəyini ifadə edib və blok Belarus hökumətinə qarşı yeni sanksiyalar hazırladığını xəbər verib.

Digər tərəfdən sərhədində miqrant axınına şahid olan Litva da Belarusla sərhədinə daha çox qoşun yeritməyə başlayıb.

XS
SM
MD
LG