Accessibility links

Polşada aborta yeni qadağalara qarşı kütləvi etirazlar başlanıb


Keçən həftə məhkəmənin anadangəlmə qüsur hallarında belə abort etməyi qadağan edən qərarına qarşı etiraz yürüşü keçirən Polşa işçiləri çərşənbə günü tətil edəcəklərini elan ediblər.

Yerli mediada yer alan xəbərlərdə bildirilir ki, ölkənin hər yerində həm kişi, həm də qadın işçilər etirazları dəstəkləmək üçün tətilə çıxıb.

Şimal-qərbdəki Poznan şəhəri və mərkəzi Lodz şəhərlərinin merləri də daxil olmaqla bəzi rəsmilər etirazlara Twitter hesablarından dəstək verib.

Tələbələr şimaldakı Qdansk və Polşanın cənub mərkəzindəki Krakovda böyük nümayişlər təşkil edib.

Konstitutsiya Məhkəməsi ölkədə abortun son hüquqi seçimlərini ləğv edərək yalnız zorlama və ailə üzvləri arasında cinsi əlaqə olduğu halda aborta icazə verib. Məhkəmənin qərarı bütöv əhalisinin mütləq əksəriyyəti katolik olan ölkə boyunca etiraz dalğasına təkan verib.

Ümummilli tətil son bir həftədir davam etiraz aksiyalarının əsas təşkilatçıları olan Qadınların Tətili adlı təşkilat tərəfindən çağırılıb. Tətil iştirakçıları Polşanın mühafizəkar hökuməti ilə qarşıdurmadan geri çəkilməyəcəklərinə söz veiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG