Accessibility links

Polşada COVID 19-a yoluxmalar sürətlə artır


Polşa çərşənbə axşamı növbəti dəfə gün ərzində koronavirusa yoluxma hallarında rekord artım olması ilə bağlı xəbər verir. Yoluxmalar keçən həftə xəbər verildiyi kimi Sileziya bölgəsindəki kömür mədəni işçiləri arasında yayılıb. Belə ki, ölkə üzrə ümumi yeni yoluxmaların üçdə biri burada qeydə alınıb.

Son rəqəmlərə əsasən ölkədə son gün ərzində 680 yeni yoluxma halı qeydə alınıb. Hazırda ölkədə sərt məhdudiyyətlərin yenidən tətbiq olunmasl planı nəzərdən keçirilir. Buraya Polşaya qayıdan səyahətçilər üçün məcburi test və müəyyən ölkələrdən gələnlərin karantinə alınması daxildir.

Bir gündə 220 yeni yoluxma halı qeydə alınmış Sileziya bölgəsində xəstəlyin sürətlə artması iyun ayında kömür istehsalının müvəqqəti azalması və 12 mədəndə işin dayanmasına səbəb olmuşdu. Vəziyyət sonradan stabilləşsə də hazırda yenidən pisləşməyə doğru gedir.

Çvaloviçe də daxil olmaqla bölgədəki üç kömür mədənində ötən həftə yoluxmalar qeydə alındıqdan sonra iyun ayında işlər minimuma endirilmişdi. Rəsmilər Çvaloviçe mədəninin 2700 işçisinin testdən keçiriləcəyini bildirib.

Sanitariya xidmətləri keçən həftə mədən işçilərinin arasında COVID-19-a yoluxmaların yenidən artmasının səbəbini məhdudiyyətlərin yüngüləşdirilməsi və işçilər arasında sosial məsafənin tətbiq edilməsinin çətin olması ilə izah edib.

Çərşənbə axşamı PAP dövlət xəbər agentliyinin verdiyi məlumata görə, çoxu Polşanın ən böyük kömür istehsalçısı PGG-də olmaqla hazırda 1043 kömür mədənçisi virusa yoluxub.

Pandemiya onsuz da çoxsaylı problemlərlə qarşılaşmış zəifləməkdə olan kömür sənayesində durumu daha da ağırlaşdırıb. Hökumət, PGG nümayəndələri və həmkarlar ittifaqları sentyabrın sonuna qədər yenidən qurulma planı hazırlamağa razılıq veriblər.

Hazırda Polşada koronavirusa ümumi olaraq 48,149 yoluxma halı qeydə alınıb. Xəstəlik nəticəsində 1738 insan həyatını itirib.

Bir senatorun koronavirusa testinin şənbə günü müsbət çıxmasından sonra parlamentin yuxarı və aşağı palatalarının iclasları təxirə salınaraq, aşağı palatanın iclası 7 avqust tarixindən 14 avqusta keçirilib. Hazırda parlament üzvləri və senatorlar COVID 19 testindən keçir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG