Accessibility links

Kanye Vest və Pol Makkartni birgə musiqi üzərində işləyir


İki əfsanəvi musiqiçi səsyazma studiyasında yeni layihə üzərində birgə işləmək üçün bir araya gələ bilər. Amma bu iki musiqiçinin nə zamansa bir araya gələcəkləri adamın ağlına da gəlməzdi.

Kanye Vest və Pol Makkartni deyilənə görə öz yaradıcı istedadlarını birləşdirərək hansısa yeni musiqi üzərində sınayacaq.

Mənbə Post jurnalına bildirib ki, cütlük birgə bir neçə musiqi üzərində işləyir və ola bilsin ki, albom buraxsınlar.

Pol Kanyenin pərəstişkarıdır. Bir qədər bundan əvvəl Pol Kanyenin albomunun onun bu yaxınlarda aldığı musiqi albomlarından biri olduğunu deyib.

Bu arada Kanyenin Polun Los Ancelesdəki konsertində olduğu barədə xəbər yayılıb.

Mənbə bildirib ki, Vest birgə işləmək üçün uzun zamandır Pol Makkartnini dilə tuturdu. Və məlumat dəqiqdirsə, Pol məşğul cədvəlinə Vestlə işləməyi daxil edib. Alınarsa, layihənin maraqlı birləşmə olacağına əminik.

Çünki, Kanye “Mən Allaham” repini oxuduqda çox cüzi sayda adam bu hissi anlaya bilər.

XS
SM
MD
LG