Accessibility links

Pol Manafort 47 ay müddətinə həbsə məhkum edilib 


Donald Trampın seçkiqabağı kampaniyasının rəhbəri Pol Manafort vergi və bank fırıldaqçılığı ittihamları ilə 47 aylıq həbsə məhkum edilib.

Etdiyi cinayətlərə görə üzr istəməyən Manafort cümə axşamı ABŞ rayon məhkəməsinin hakimi T.S. Ellisə bildirib ki, nə qədər alçaldığı və təhqir olunduğunu sözlərlə çatdıra bilməz.

Manafort keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç üçün lobbiçilik edərək qazandığı milyonlarla dolları hökümətdən gizlətməkdə və vergidən yayınmaqda günahlandırılır.

Manafort həmçinin, böyük evlər və dizayner paltarları da daxil olmaqla, dəbdəbəli həyat tərzi üçün kreditləri əldə etmək üçün Virciniya banklarına yalan məlumatlar verib.

Manafortun vəkili məhkəmə qərarını şərh etməsə də, Rusiyanın 2016-cı ABŞ seçkilərinə müdaxiləsini araşdıran təhqiqata münasibət bildirib.

"Düşünürəm ki, bu gün gördüyünüz şey ilk gündən bizim söylədiklərimizi təsdiqləyir. Pol Manafortun Rusiyadan olan hər hansı bir hökumət rəsmisi ilə əlaqəsi olduğuna dair heç bir sübut yoxdur" - deyə, Kevin Dauninq bildirib.

Manafort 4 ilə yaxın həbs olunmaqla yanaşı məhkəmə tərəfindən 50 min dollar dəyərində cərimə edilib.

Bundan əlavə, Manaforta konspirasiya və şahidlərin təhqir edilməsi kimi ayrı-ayrı federal ittihamlar irəli sürülüb və bu ittihamlar üzrə cəzası gələn həftə müəyyənləşdiriləcək.



XS
SM
MD
LG