Accessibility links

Pol Manafort müstəntiqlərə yalan söyləməklə hüquqi razılığın şərtlərini pozub


ABŞ-ın xüsusi təhqiqatçısı Robert Müller ofisinin bildiridiyinə görə, Trampın seçki kampaniyasının rəhbəri Pol Manafort müstəntiqlərə yalan söyləməklə hüquqi razılığın şərtlərini pozub.

Bir sıra maliyyə ittihamları ilə 10 illik həbs cəzası qarşısında olan Manafort Tramp kampaniyasının 2016-cı il prezident seçkiləri öncəsi Rusiya ilə təmaslarını araşdıran istintaqla əməkdaşılıq edəcəyinə vəd vermişdi.

Əməkdaşlığı müqabilində onun həbs cəzası yüngüll'şdirilə bilərdi.

Müller ofisi Manafortun vədinə və “kriminal və yalan” kimi federal qanuna riayət etmədiyini bildirib.

Hazırda həbsxanada cəzasını gözləyən Manafortun məhkəməsinin yubadılmasına ehtiyac duyulmur.

Trampın xarici əlaqələr üzrə sabiq müşaviri Corc Papadopolos yalan danışmaq ittihamı ilə artıq 14 surkalıq həbs cəzasını çəkir.

XS
SM
MD
LG