Accessibility links

Pol Manafort təqsirini etiraf edib


Prezident Donald Trampın keçmiş kampaniya başçısı və uzun illərdir lobbiçilik biznesi ilə məşğul olan Pol Manafort cinayətə qəsd və şahidlərə təsirə görə ona qarşı sürülmüş ittihamlar üzrə təqsirini etiraf edib. Prokurorluq bildirir ki, o habelə ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə əməkdaşlığa razılıq verib.

Manafort etiraf ifadəsini Vaşinqton Dairə Məhkəməsində ikinci federal mühakiməsinə bir neçə gün qalmış verib.

Prokuror Endrü Vaysmann məhkəməyə deyib ki, ittiham tərəfi ilə əldə olunmuş razılaşmaya “əməkdaşlıq sazişi” də daxildir. Təhlilçilər bildirir ki, bu hadisə prezident Tramp üçün böyük hüquqi “başağrısına” çevrilə bilər.

Lakin nə Vaysmannın şərhlərindən, nə də məhkəmə sənədlərindən bu əməkdaşlığın təbiəti məlum olmur.

Buna baxmayaraq təqsirin etirafı və əməkdaşlıq söhbəti Manafortun işində kəskin dönüş sayıla bilər. O, ötən ay Virciniya federal məhkəməsində bank və vergi fırıldağında ittiham olunub.

Virciniya işində olduğu kimi Vaşinqtonda keçirilməli olan məhkəmədə də Manaforta qarşı onun Traumpla seçki əməkdaşlığından əvvəlki dövrdəki fəaliyyəti ilə bağlı ittihamlara baxılmalıdır.

Ağ Evin sözçüsü Sara Sanders bu hadisə ilə bağlı bəyanatında məhz bu məqamı qabardıb:

"Bunun prezident və ya onun 2016-cı ildəki müzəffər kampaniyası ilə heç bir bağlılığı yoxdur. Bunlar tamamilə əlaqəsizdir”.

Müller Manafortu şahidlərə təsir göstərməkdə ittiham edərkən həm də Ukraynada Manafortun işgörəni sayılan Konstantin Kilimnikə qarşı ittihamlar irəli sürmüşdü. Müller iddia edirdi ki, Kilimnikin Rusiyanın kəşfiyyat orqanları ilə bağları var.

Manafortun təqsirini etiraf etməyə razılaşması onu Vaşinqton məhkəməsi tərəfindən əlavə olaraq azadlıqdan məhrum edilməkdən qurtara bilər.

Lakin 14 sentyabrda açıqlanmış məhkəmə sənədlərində deyilir ki, Manafortun dörd mülkü federal hökumət tərəfindən müsadirə edilə bilər.

Virciniya mühakiməsi Müllerin ittihamları ilə məhkəməyə çatmış ilk işdir və jürinin Manforta qarşı 18 ittihamdan 8-ni tanıması xüsusi prokuror üçün böyük uğur sayılır.

Müllerin təhqiqatı indiyədək Trampın ilk milli təhlükəsizlik müşaviri Maykl Flinn də daxil Olmaqla, 32 nəfərə qarşı cinayət işləri ilə nəticələnib.

Bu təhqiqatın gedişində Trampın şəxsi vəkili Maykl Kohen də təqsirini etiraf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG