Accessibility links

Federal hakim Pol Manaforta qarşı ünvanlanan ittihamları qüvvədə saxlayıb


ABŞ federal hakimi prezident Donald Trampın seçki kampaniyasının sabiq rəhbəri Pol Manaforta qarşı ittihamların qaldrılmasına imtina edib.

Manafortun hüquq komandası ona qarşı irəli sürülən ittihamlar arasında pul yuyulması və digər ittihamları çıxarmağa çalışır. Hüquqşünaslar bunu xüsusi təhqiqatçı Robert Müllerin Manafortun işində səlahiyyətini aşdığını iddia edirlər.

Müller təhqiqatında Trampın seçki kampaniyası ilə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi arasında əlaqələrin olub-olmadığını araşdırır.

Hakim Emi Berman Cekson xüsusi təhqiqatçı Müllerin Manaforuntun keçmişdə Ukraynanın Rusiyaya meylli hökümətinə çalışdığı üçün ittihamların “məntiqi və müvafiq” olduğu qərarını verib.

Manaforta qarşı ünvanlanan ittihamlar arasında bank saxtakarlığı, vergidən yayınma və Ukraynada lobbiçilik fəaliyyəti ilə bağlı digər ittihamlar da daxildir.

Manafort bu ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG