Accessibility links

Pol Manafortun məhkəməsi başlayır


ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş başçısının çərşənbə axşamı Virciniyada məhkəməsi başlayır. Bu, xüsusi prokuror Robert Müllerin ona qarşı başlatdığı iki məhkəmə işindən biridir.

Manaforta qarşı irəli sürülən vergidən yayınma, xarici bank hesablarını açıqlamamaq və banklardan saxta yollarla kredit almaq ittihamlarının Müllerin Trampın kampaniyasının Rusiya ilə əlaqələrinə dair istintaqı ilə əlaqəsi yoxdur.

Manafort Rusiya istintaqına ötən il Müller Trampın kampaniya işçiləri ilə Rusiya arasında münasibətləri araşdırmağa başlayandan sonra cəlb edilib.

Ona qarşı ittihamlar Manafortun on illərdir Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç üçün apardığı lobbiçilik və konsaltinq işləri ilə əlaqəlidir.

Manafort Virciniyada və ayrıca Vaşinqtonda ona qarşı irəli sürülən ittihamları rədd edərək, günahsız olduğunu bildirib.

Manafort iyun ayından bəri həbsdədir. Hakim potensial şahidlərə müdaxilə etdiyinə görə onun zaminə buraxılmasının qarşısını alıb.

XS
SM
MD
LG