Accessibility links

Pol Stronski: Hər bir ölkə insan haqları və demokratik normalar üzərində işləməyə davam etməlidir


Pol Stronski: Hər bir ölkə insan haqları və demokratik normalar üzərində işləməyə davam etməlidir
please wait

No media source currently available

0:00 0:09:47 0:00

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Amerika Birləşmiş Ştatlarının dünyada demokratiyanın təbliğatçısı kimi rolu, yeni Bayden administrasiyasının Avraziya regionundakı xarici siyasəti, habelə Azərbaycanla Ermənistan arasındakı müharibədən sonra regionda davamlı sülhün təmin olunması yolunda atacağı addımları müzakirə edib.

Amerikanın Səsi: Cənab Stronski, Prezident Baydenin xarici siyasətlə bağlı spesifik vədlərindən biri hakimiyyətdəki ilk ilində qlobal demokratiya sammiti keçirmək idi. Lakin ABŞ-ın bir çox rəqibləri iddia edir ki, ABŞ-ın öz demokratik sistemində problemləri var və “buna görə də başqa ölkələrə dərs keçməməlidir.” Siz bununla bağlı nə düşünürsünüz?

Pol Stronski: Düşünürəm ki, demokratiya qeyri-mükəmməldir və hər bir ölkə insan haqları və demokratik normalar və işləyən siyasi sistemlər üzərində işləməyə davam etməlidir. Zənnimcə biz dünya boyu siyasi qütbləşməyə, işləməyən idarəçiliyə şahid oluruq. Və mən düşünürəm ki, Birləşmiş Ştatlar Trampın prezidentliyi altında və Trampın daha güclü hökumət yaratmaq səyləri sayəsində çox şeydən keçib. Lakin sonda ABŞ təsisatları buna müqavimət göstərə bildi. Bizdə seçki keçirildi.

Sabiq prezident həmin seçkinin nəticələrinə etiraz etdi. O, məhkəməyə müraciət etdi. O, yanvarın 6-da baş verən hadisələr vasitəsilə etiraz etdi. O, məhkəmələri uduzdu. Konqres yanvarın 6-dan sonra dərhal işini bərpa etdi və Prezident Baydenin qələbəsini təsdiq etdi. Prezident Tramp da vəzifədən getdi. Yəni mən düşünürəm ki, Birləşmiş Ştatlar təlatümlü yoldan keçdi və zənnimcə dünya boyu hər bir ölkə bunu dərk edir. Və mən düşünürəm ki, ölkə daxili də bu sahədə işlər görülməlidir. Amma məncə Birləşmiş Ştatların nümunəsi demokratiyanın nə qədər də kövrək olduğunu, necə inkişaf etdirilməli olduğunu və bunun davamlı olaraq üzərində işləməli olduğumuz bir proses olduğunu göstərir. Düşünürəm ki, Birləşmiş Ştatlar dərs keçməməlidir, Birləşmiş Ştatlar təlatümlü yoldan necə keçirlər, həm ştat səviyyəsində həm də Konqresdə Trampa müqavimət göstərə biləcək müstəqil təsisatlar, güclü qanun aliliyinə, güclü məhkəmələrə, ayrı güc strukturlarına ehtiyacın olduğunu göstərməlidir. Bir çox ölkədə bunlar yoxdur. Birləşmiş Ştatlar baş verənlərə görə çox sarsıldı. Amma bizim təsisatlarımız ayaqda qaldı, çünki onlar güclü və müstəqil idilər. Və məncə bundan nümunə olaraq istifadə edərək, dərs keçmək deyil, müstəqil qanun aliliyinin, hökumətin ayrı qollarının, yüksək dərəcədə fərdiləşdirilmiş siyasətdən uzaqlaşmağın vacibliyi göstərməlidir. Mən heç vaxt Birləşmiş Ştatlarda buna şahid olacağını düşünmürdüm. Dünyanın başqa hissələrində, xüsusilə də Avrasiyada bunların olduğunu görürük. Ona görə də Birləşmiş Ştatlar bunları nümunə olaraq göstərə bilər ki, biz də sizdən fərqli deyilik, amma biz təlatümlü yoldan keçdik və bunun üçün də güclü təsisatlara ehiyac var.

Amerikanın Səsi: Mənim növbəti sualım Avrasiya regionu ilə bağlıdır, çünki Avrasiya dünyanın ən çox avtoritar rejiminin, o cümlədən Rusiya, Belarus, Türkiyənin olduğu yerlərindən biridir. Sizcə Bayden administrasiyasının həmin regiona, xüsusilə də demokratiyanın inkişafı məsələsində nə qədər diqqət yetirəcəyi gözlənilir?

Məncə demokratiyanı inkişaf etdirmək demokratiyanı istəyən ölkələrdə daha rahatdır. Bundan əlavə vətəndaş cəmiyyətini vətəndaş cəmiyyətininin daha möhkəm olduğu yerlərdə dəstəkləmək də daha asandır. Fikrimcə Bayden administrasiyası bu sammiti keçirəcək və demokratik normaları təbliğ etməyə davam edəcək.

Biz Baydenin seçkidə qalib gəlməsindən sonra Türkiyə Prezidenti Ərdoğanın birdən islahatlardan danışmağına şahid olduq. Məncə çox insan buna inanmasa da, bu, bir çox güclü avtoritarların köhnə administrasiyanın zamanından fərqli olaraq yeni ABŞ prezidenti ilə münasibət qurmasının daha çətin olacağını göstərir.

Bununla belə dünyanın üzləşdiyi problemlər, pandemiyadan tutmuş, qlobal böhrana, geo-siyasi rəqabətlərə və Yaxın Şərqdəki və Avrasiyanın bəzi hissələrindəki qeyri-sabitliyə kimi məsələlər hər hansı ABŞ administrasiyasının əsas gündəmində olacaq. Ona görə də düşünürəm ki, Rusiya ilə münasibətlərin və Türkiyə ilə münasibətlərin idarəsinə, eləcə də Yaxın Şərqdə Rusiya və Türkiyənin cəlb oldunduğu problemlərə üstünlük veriləcək.

Amma zənnimcə müzakirələr olacaq. İşçi səviyyəsindəki insanlar bu məsələlərlə dərindən məşğul olacaqlar. Ancaq Bayden vitse-prezident olduğu zamandan bəri dünya çox dəyişib. Hazırda daha böyük çətinliklərin və aktual problemlərin olduğu çətin qlobal mühit mövcuddur. Ona görə də məncə onun bu məsələni vurğulaması doğrudur. Mən onların bunu tam həyata keçirə bilib-bilməyəcəklərinə əmin deyiləm. Həmçinin düşünürəm ki, əgər Birləşmiş Ştatlar bu məsələni təqib etsə, bu, daha çox problemlərə səbəb ola bilər. Biz artıq Rusiyada Aleksey Navalnının reputasiyasına zərər vurmaq səylərinə, onun Birləşmiş Ştatlar və Corc Sorosla olan hərəkatının olduğuna və bunun kimi uydurmalar irəli sürüldüyünə şahid oluruq. Mən bu yaxınlarda Ermənistanda da keçmiş hökumətin yeni hökuməti yenidən demokratiya təbliğatçlarının aləti olmaqda və original olmamaqda ititham etdiyini oxumuşam. Qazaxıstanda da buna şahid olmaq mümkündür. Məncə ABŞ nə qədər çox təzyiq göstərsə, ona qarşı bir o qədər çox müqavimət olacaq, çünki bu ölkələrin çoxu son bir neçə ildə bu cür təzyiqlə üzləşməmişdilər.

Amerikanın Səsi: Mən bir az daha spesifik sualla davam etmək istəyirəm. Azərbaycan necə? Siz yeni administrasiyanın Azərbaycanda demokratiya və insan haqlarının təbliği ilə bağlı xarici siyasətinin nə olacağını gözləyirsiniz?

Pol Stronski: Düşünürəm ki, hazırda Azərbaycanla bağlı prioritet müharibənin əks-təsirlərinin idarəsidir və administrasiya diqqəti daha öncə Ermənistan tərəfindən işğal olunan ərazilərində ədalətli yenidənqurma işlərinin stabilizasiyasına yönəltməlidir, çünki, zənnimcə, orada Azərbaycan hökumətinin təmin edəcəyidən daha çox yardıma ehtiyac var. Ona görə də həmin regionlara və geri dönmək istəyən insanlara yardım və imkanlara böyük diqqət ayrılmalıdır. Mən çoxunun geri dönmək istədiyini təxmin edirəm, amma bəlkə də hər kəs istəmir. Ancaq yenə də diqqət əhalinin geri dönmək imkanlarına, ən təməl təhlükəsizliklərinin, müəyyən iqtisadi imknaların təmin olunmasına yönəlməlidir. Şəxsən mən düşünürəm ki, prioritet bu olmalıdır.

Məncə Birləşmiş Ştatlar və Bayden administrasiyası Azərbaycanın demokratiya sahəsində atdığı addımlara nəzər salacaq. Məncə onlar həbslərə nəzər salacaqlar.

Hökumət islahatlar həyata keçirərək daha yeni və gənc bir hökumət yaradıb, amma bu dəyişən simalar nə ifadə edir? Məncə bu insaları tanıyıb, etdikləri vədləri həyata keçirib-keçirməyəcəklərini görmək istəyi olacaq. Buna görə də Azərbaycana demokratiya məsələsində böyük diqqət ayrılacaq. Məncə xüsusilə də müharibə səbəbilə Azərbaycana böyük diqqət ayırıb. Həm də Türkiyə ilə ittifaq da diqqəti Azərbayacana çəkib, ələlxüsus da hər iki ölkə avtoritar olduğu üçün.

Mən həmçinin deyərdim ki, Birləşmiş Ştatlarda erməni lobbisi Konqresdə kifayət qədər siyasi gücə malikdir və onlar bu məsələdə administrasiyaya təzyiq göstərəcəklər. Ona görə də məncə ABŞ-la Azərbaycan arasında münasibətləri gərginləşdirəcək çox məsələ olacaq. Bir digər məsələdə odur ki, Azərbaycan qonşuları, şimalda Rusiya, cənubda İran, qərbdə də Türkiyə ilə əlaqələri var. Bu ölkələrin hər birinin isə ABŞ-la çox müərrəkəb münasibətləri var. Bunun da bir təsiri olacaq.

Mən düşünürəm ki, əlbəttə ki, Konqresdən təzyiq nəticəsində Azəryacandakı vəziyyətə nəzər salınacaq, və məncə Birləşmiş Ştatlar hökmən demokratiya məsələsində rol oynamalıdır və Azərbaycana isalahat aparması üçün təzyiq göstərməlidir.

Bu islahat siyasi partiyanın yaradılması deyil, sosial və iqtisadi islahatlar, habelə idarəçiliyin təkmilləşdirilməsi olmalıdır. Azərbaycan xalqının ən əsas bunlara ehtiyacı var, daha sonra müharibədən sonra sabitliyin, yenidənqurma işlərinin və barışığın təmin olunmasıdır. Məncə iki ölkə arasındakı münasibətlərdə əsas proritetlər bunlar olmalıdır.

Amerikanın Səsi: Siz bu məsələyə bir az toxundunuz, amma mən soruşmaq istərdim ki, sizcə ABŞ Minsk Qrupunun həmsədr ölkəsi və ümumiyyətlə bir qlobal lider olaraq Bayden administrasiyası altında Azərbaycanla Ermənistan arasında baş verən müharibədən sonra regionda davamlı sülhün təmin olunmasına hər hansı töhfə verə bilərmi?

Pol Stronski: Məncə burada bir neçə şeyi qeyd etmək lazımdır. Mən düşünürəm ki, atəşkəs razılığı çox kövrəkdir və onun nə qədər davamlı olacağı və regiona iqtisadi, sosial, mədəni və siyasi baxımdan nə qədər təsiri olacağı ilə bağlı çox sayda qeyri-müəyyənlik var. Yəni məncə hər iki tərəfdə çox sayda bilinməz və etibarsızlıq var. Ermənistanda dərin etibarsızlıq və Azərbaycanın 20-25 il öncə yaşadığı travmaya bənzər travma yaşanır. Məncə Azərbaycanda da müharibənin yenidən başlaya biləcəyinə dair bir etibarsızlıq var.

Belə görünür ki, ərazidə sülhü Rusiya qoruyur və Türkiyədə fəaliyyət göstərdiyi Azərbaycan ərzilərindən buna nəzarət edir.

Amma Birləşmiş Ştatların daha öncə Balkanlardan tutmuş, Yaxın Şərqin bəzi hissələrinə qədər bir çox yerdə yenidənqurma və inkişaf işləri aparmaq təcrübəsi var, Rusiyada isə bu yoxdur. Ona görə də məncə bu sahədə ABŞ-ın yardımına ehtiyac var.

Mən düşünürəm ki, didərgin düşən əhalinin də yardıma ehtiyacı var.

Müharibənin pandemiya dövründə baş verməsi məsələni çətinləşdirdi. Biz pandemiyanın sığınacaqda qalmağa məcbur qalan, didərgin düşən və hərbidə xidmət göstərən insanlar arasında yayıldığını gördük və bu pandemiya yenidənqurma, minaların təmizlənməsi və bu kimi işləri çətinləşdirəcək. Məncə bunun üçün böyük miqdarda pula ehtiyac var və Birləşmiş Ştatlar buna yardım edə bilər. Zənnimcə Birləşmiş Ştatlar münaqişənin hər iki tərəfində olmaldır və bunu edərkən ədalətli olmalıdır. Bunu edərkən çox pul xərclənəcək və həm Ermənistanı həm Azərbaycanın pulu dəfələrlə korrupsiya olmadan xərcləmədiyi müşahidə olunub. Ona görə də Birləşmiş Ştatlardan gələn və ya hər hansı beynəlxalq yardımın bu ərazilərin bərpasına necə xərclədiyi barədə şəffaflıq olmaldır ki, pulun orada yaşan insanlar üçün keyfiyyətli evlər və davamlı infrastruktun qurulmasına xərclədiyindən əmin olunsun.

Həmin ərazilər dəhşətli dərəcədə dağılmış və baxımsız haldadır və onları insanların yaşayacağı bir yerə çevrimək çoxlu pul tələb edəcək.

Bundan əlavə həmçinin etimadın bərpası və hər iki tərəfdə mövcud olan etibarsızlığın aradan qaldırılması üçün tədbirlər görülmədir. Mənim həm azərbaycanlı həm də erməni dostlarım var və onların bir-birilə bağlı hekayələrini və ya düşüncələrini eşitmək çətindir, çünki onların eyni qorxuları var. Və məncə münaqişənin hər iki tərəfindəki insaları keçmiş əvəzinə gələcəyə fokuslanmağa yönəltmək çox vacibdir.

Şərhlərə bax

XS
SM
MD
LG