Accessibility links

Polşa xalqı həlak olmuş liderin xatirəsini yad edir


Yüz minlərlə adam Polşa paytaxtında toplaşaraq Rusiyada təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinski, onun həyat yoldaşı və 94 başqa rəsminin xatirələrinə ehtiramlarını ifadə etmişdir.

Yüz minlərlə adam Polşa paytaxtında toplaşaraq Rusiyada təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinski, onun həyat yoldaşı və 94 başqa rəsminin xatirələrinə ehtiramlarını ifadə etmişdir. Dörd saatlıq xatirə mərasimi Varşavanın Pilsudski meydanında keçirilib. Bunun ardınca isə cənab Kaçinski və onun həyat yoldaşı gecə şam yandırma mərasimi ilə yad olunacaqlar. Şənbə günü səhər, təyyarənin qəzaya uğradığı vaxt bütün ölkə boyu sirenalar səslənmiş, kilsə zəngləri çalınmışdır. Kaçinski və onun hıyat yoldaşı ilə yanaşı qəzada Polşanın bir neçə ali dövlət rəsmisi həlak olub. Cənab Kaçinski və onun həyat yoldaşı bazar günü Krakovda dəfn olunacaqlar. Onlarla dünya lideri, o cümlədən ABŞ prezidenti Barak Obama, dəfn mərasimində iştirak edəcək.

XS
SM
MD
LG