Accessibility links

Dövlətə xəyanətdə günahlandırlan jurnalist aclıq aksiyasına başlayıb


Həbsdə olan xeberman.com saytın rəhbəri Polad Aslanov yanvarın 6-da aclıq elan edib.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, jurnalist aksiyaya işinin yenidən araşdırılması tələbilə başlayıb.

Həbsdə olan jurnalist həmçinin Ali Məhkəmənin onun kassasiya şikayətinə baxılmasını gecikdirməsinə etiraz edir.

"Dünən Poladla görüşdüm, o mənə dedi ki, Prezident İlham Əliyevə, Baş Prokuroru Kamran Əsədova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə yazdığı heç bir müraciətə cavab verilmir.

Bundan əlavə Polad Aslanov onun kassasiya şikayətinin baxılmamasından narazıdır.

“Ötən ilin fevral ayında apellyasiya şikayətinə baxılıb, amma Ali Məhkəmədə indiyə qədər proses təyin edilməyib", deyə həyat yoldaşı bildirib.

G.Aslanovanın sözlərinə görə, son iki ay jurnalistin müraciətlərinin saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsindən kənara çıxmağa imkan verilmir.

Bununla bağlı Azərbaycan Penitensiar Xidmətdən hələlikşərh almaq mümkün olmayıb.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG